Digər Hicri-qəməri: 8 Şəvval Miladi:

Həmraul-əsəd müharibəsi

Həmraul-əsəd müharibəsi

[3]

Hicrətin 3-cü ili bu gün Həmraul-əsəd müharibəsi baş verib. «Həmraul-əsəd» Mədinənin yaxınlığında yer adıdır.

Ühüd müharibəsindən sonra müsəlmanlar Mədinəyə qayıtdıqda,[4] Peyğəmbər (s) Qüreyşlilərin Mədinəyə hücum etmə ehtimalının qarşısını almaq üçün Bilala uca səslə bu sözləri deməyi əmr etdi: «Allahın əmridir ki, Ühüddə iştirak edib yaralananlar düşmənin ardınca getsinlər»

Səhabələr müalicəni bir yana qoyub döyüş paltarı geyindilər. Əmirəl-möminin (ə) 80-dən artıq yara almasına baxmayaraq döyüş paltarı geyindi. Allahın Rəsulu (s) ona baxıb ağlaya-ağlaya İslamın bayrağını Həzrət Əliyə (ə) verdi.

Müsəlmanlar ora çatıb kafirlərə hücum etdilər, onları bir qədər təqib etdikdən sonra 3 gün Həmraul-əsəddə qaldılar, sonra Mədinəyə qayıtdılar.[5]

Mənbələr

[3] Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 6, səh 65-66

[4] Bir rəvayətə əsasən Ühud müharibəsi şəvval ayının 7-də baş verib

[5] Əllamə Məclisi - Biharul-ənvar, c 2, səh 146, Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 64

Teqlər