Vəfat Hicri-qəməri: 30 Şəban Miladi:

Həfsənin ölümü

Həfsənin ölümü[1]

Hicrətin 45-ci ili Şaban ayında Həfsə dünyadan köçdü. Mərvan onun cənazəsinə namaz qıldı.[2]

Ömər ibn Xəttabın qızı Həfsə əvvəlcə Xənis ibn Abdullahın həyat yoldaşı olub. Xənis öldükdən sonra Peyğəmbər (s) onunla izdivac etdi. O, əxlaqı və rəftarı ilə Peyğəmbərə (s) və Əhli-beytə (ə) əziyyət verirdi. Buna görə Peyğəmbər (s) ona təlaq verdi, sonra bəzilərinin israrı ilə geri qaytardı.[3]

Cəməl döyüşündə Həfsə Aişə ilə birlikdə olmaq istədi. Amma qardaşı Abdullah ibn Ömər buna mane oldu. Həzrət Əlinin (ə) ordusu Ziqar adlı yerə çatdıqda Aişə Həfsəyə məktub yazdı: «Bizim ordunun çox olması xəbəri Əli ibn Talibə (ə) çatıb və o, qorxudan Ziqarda dayanıb. O, bu müharibədən canını sağ qurtara bilməyəcək.» Məktub Həfsənin əlinə çatdıqda kənizləri və müğənniləri topladı. Onlar şeirlər oxuyub, Əlini pisliklə yad etdilər.

Xəbər Ümmü Külsümə çatdıqda bir qrup qadınla üzü bağlı məclisə daxil oldu. Üzlərini açdıqda Həfsə xəcalət çəkdi. Ümmi Külsüm, Həzrət Nuh (ə) və Lutun (ə) qadınlarına aid ayəni («o iki nəfər Peyğəmbərin (ə) fərmanına tabe olmamışdırlar» Ayə Aişə və Həfsə barədə nazil olmuşdu) Həfsə üçün oxudu[4] və buyurdu: «Sizin indi atamı xar etməyiniz üçün bir-birinizə kömək etməyiniz təzə bir şey deyil. Çünki, bunu cəddim Peyğəmbərə (s) qarşı da etmişdiniz». Həfsə rüsvay olduğunu gördükdə Aişənin məktubunu cırdı və Ümmi Külsümdən (ə) istədi ki, bundan artıq onu rüsvay etməsin.[5]

Mənbələr

[1] İbn Kəsir - Əl-bidayə vən-nihayə, c 8, səh 33

[2] Hakim Nişapuri - Əl-müstədrək ələs-səhiheyn, c 4, səh 16

[3] Əbu Əbdillah Buxari Cufi - Səhih, c 3, səh 103, c 6, səh 148, Əbul Hüseyn Muslim - Səhih, c 4, səh 193, Əhməd ibni Hənbəl - Müsnəd, c 1, səh 33-34, İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 14, səh 23

[4] Təhrim surəsi, 10-cu ayə

[5] İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 14, səh 13

Teqlər