Həccac ibn Yusif Səqəfinin ölümü
Həccac ibn Yusif Səqəfinin ölümü
Hicrətin 95-ci ili bu gün zülmkar Həccac ibn Yusif cəhənnəmə vasil olub. O, Vəlid ibn Əbdülməlikin zamanında Vasit şəhərində qarnında olan xəstəliyindən öldü.[1] Onun ölümü ilə əlaqədar müxtəlif sözlər var: mübarək ramazan ayının 21, 23, 25 və 27-i.
Anası Qarihə Yusif ibn Əqil ilə evlənməmişdən əvvəl (o, Yusif Həccacın zahiri atasıdır) Haris ibn Kəldənin evində həkim işləyirdi. Həccac dünyaya gələndə süd içmirdi. Qara bir keçini kəsib anasının döşlərinə və Həccacın sifətinə sürtdülər. Dörd gündən sonra Həccac süd içməyə başladı. Bu səbəbə görə Həccac qan içən oldu. O, iki il yarım anasının qarnında qalmışdı.[2]
Müharibələrdən başqa onun əli ilə öldürülənlərin 120 min nəfər olduğu bildirilir. O, həlak olduqda zindanında 50 min kişi, 30 min qadın var idi. Onlardan 16 min insan çılpaq idilər. O, qadın, kişi və uşaqları zindanda bir yerdə saxlayırdı. Zindanların isə damları olmurdu. O, həm də Əlinin (ə) dostlarından və şiələrdən bir çoxunu şəhid etdi. Onlardan: Kümeyl ibn Ziyad Nəxəi[3] Əmirəl-mömininin (ə) qulamı Qəmbərin[4] adlarını qeyd etmək olar.
Həmçinin Əbdürrəhman ibn Əbi Leyla Ənsariyə Əlinin ünvanına (ə) nalayiq sözlər deməməsi üçün çoxlu şallaq vurdu. O, yenə də Həzrət Əlinin (ə) fəzilətlərini deyirdi. Həccac göstəriş verdi ki, onu şəhid etsinlər.
İmam Zeynəlabidinin (ə) dostlarından olan Yəhya ibn Ümmi Təvilin əllərini və ayaqlarını kəsdirib şəhadətə çatdırdı. Səid ibn Cübeyri də şəhadətə çatdırdı. Onun şəhadətindən 15 gün sonra Həccac özü cəhənnəmə vasil oldu. Həccac xəstəliyə tutulmuşdu. Təbib bir parça əti sapa bağlayıb ona verdi ki, udsun. Bir müddət sonra ipi çəkib çıxardılar. İpin üstündə heç bir şey qalmamışdı. Məlum oldu ki, tezliklə canını cəhənnəmin malikinə tapşıracaq. Həccac öldü. Qəbrini Vasit şəhərində gizlədib, üstündən su axıtdılar. Amma Səffahın zamanında onun qəbri tapıldı. Qalıqlarını yandırıb küləyə verdilər.[5]
O, 53 il yaşayıb, 20 il isə İraqda hökümətlik edibdir.[6]
Mənbələr
[1] Mürəvvicul-islam - Nəfaihul-əlam, səh 471
[2] Rövzətul-cənnat, c 7, səh 259
[3] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 219
[4] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 202
[5] Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, Ramazan cildi, səh 156
[6] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 19, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 139, Mühəddis Qumi - Feyzul-əlam, səh 32




