Şəhadət Hicri-qəməri: 9 Zilhiccə Miladi:

Hani ibn Ürvənin şəhadəti

Hani ibn Ürvənin şəhadəti

Hicrətin 60-cı ili ərəfə günü Müslim ibn Əqil və Hani ibn Ürvə Kufədə şəhid oldular.[2]

Hani Ürvənin oğludur. O, Peyğəmbərin (s) səhabələrindən, xüsusi şiələrdən idi. Siffeyn, Cəməl və Nəhrivan da iştirak edib, Həzrət Əlinin (ə) xidmətində olub.[6] Hani Məzhəc tayfasının böyüyü idi. O, öz qəbiləsində böyük nüfuza malik bir şəxs kimi tanınırdı. Kufə əhli öz əhd peymanlarını sındırıb Əhlibeytə (ə) qarşı vəfasızlıq edəndə Hani ibn Ürvə Müslimə pənah verdi. Ondan sonra Məhəmməd ibn Əşəs Hanini və şiələrdən bir dəstəsini tutdu.

Müslimin şəhadətindən sonra ibn Ziyadın vasitəsi ilə Haninin bədən üzvlərini sındırdıqdan sonra göstəriş verdi ki, onun başını kəssinlər və ayağına ip bağlayıb Müslim ibn Əqil ilə birlikdə Kufə bazarında gəzdirsinlər. Sonra Hanini dara çəkdilər. O, Müslimlə birlikdə dəfn olundu.

Mənbələr

[2] Mühəddis Qumi - Feyzul-əlam, səh 115, Şeyx Müfid - Məsaruş-şiə, səh 18, Əllamə Məclisi - Biharul-ənvar, c 44, səh 363, Təbərsi - Elamul-vəra, c 1, səh 445, Şeyx Müfid - Əl-irşad, c 2, səh 66, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, 600

[6] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 318, 359, 361, Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 294-295, Zəbihullah Məhəllati - Fərsanul-həyca, c 2, səh 139, 143, Musəvi Zəncani - Vəsilətud-dareyn, səh 208, 209

Teqlər