Əsirlərin Kərbəladan hərəkət etməsi
Əsirlərin Kərbəladan hərəkət etməsi
Ömər Səd on birinci gün zöhr vaxtına kimi Kərbəlada qaldı, öz ordusunun ölülərinə namaz qılıb basdırdı. Gün yarı olduqdan sonra göstəriş verdi ki, Peyğəmbər (s) qızlarını kəcavəsiz dəvələrə mindirsinlər. Səccad (ə) ağanı da libasların içində dəvəyə mindirdilər. Onları qətligahdan keçirdikdə qadınların nəzərləri İmam Hüseynin (ə) mübarək bədəninə düşdü. Bu zaman onlar sifətlərinə vuraraq naləli səslərini ucaltdılar.[1]
Mənbələr
[1] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və səfər cildi, səh 184, Mühəddis Qumi - Feyzul-əlam, səh 156, Şeyx Məhəmməd Məhdi Hairi Mazəndərani – Məalis-sibteyn, c 2, səh 90




