Əşəs ibn Qeysin ölümü
Əşəs ibn Qeysin ölümü
Hicrətin 40-cı ili zilqədənin ilk gecəsi Əşəs ibn Kindi cəhənnəmə vasil oldu.[4] İmam Sadiq (ə) buyurur: -Əşəs ibn Qeys Həzrət Əlinin (ə) qətlində şərik idi. Qızı Cödə İmam Həsəni (ə) zəhərlədi və onun oğlu Məhəmməd İmam Hüseynin (ə) qətlində şərik idi.[5]
Hicrətin 10-cu ilində Əşəs öz qəbiləsinin bir dəstəsi ilə birlikdə islamı qəbul etdi, lakin Peyğəmbərdən (s) sonra mürtəd oldu. Əbu Bəkr onu tutdu və özünün kor bacısını şərt kəsib ona verdi. Bu qadından Cödə və Məhəmməd dünyaya gəldi. Cödə İmam Həsənin (ə) qatili oldu, oğlu Məhəmməd isə Ömər Sədin ordusunda Kərbəlada iştirak edirdi. O, Müslim ibni Əqilin (ə) tutulmasında mühüm rol oynadı.[6] Aşura günü İmam Hüseynə (ə) etdiyi zülmə görə cəhənnəmə vasil oldu.[7]
Mənbələr
[4] Əllamə Əli Namazi Şahrudi - Müstədrəkatu elmir-ricalil-hədis, c 1, səh 688
[5] Əllamə Məclisi - Biharul-ənvar, c 42, səh 288
[6] Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 3, səh 59
[7] Əllamə Məclisi - Biharul-ənvar, c 44, səh 317




