Vəfat Hicri-qəməri: 1 Şəvval Miladi:

Əmr ibn Asın ölümü

Əmr ibn Asın ölümü

Hicrətin 41-ci ili Əmr ibn As 90 yaşında cəhənnəmə vasil oldu.[2] Anası Nabicə kəniz idi. Abdüllah ibn Cəzan onu alıb azad etdi. Onun qiyməti digər qadınlardan daha çox olduğundan müraciət edənlər də çox idi. Əbu Ləhəb, ibn Xələf, Hişam ibn Müğeyrə, Əbu Süfyan və As ibn Vail onunla zina etdikdən sonra Əmr As dünyaya gəldi. Bu qadın Abdüllah ibn Cəzanın abır həyasını öz pis əməlləri ilə aradan aparmışdı.

O, hamilə olduqda hamı uşağın atası olduğunu iddia edirdi. Nəhayət, bu məsələni həll etməyi Nabicəyə tapşırdılar. O da Ası seçdi. Ona dedilər: «Niyə Ası seçdin, bir halda ki, uşaq Əbu Süfyana oxşayır?»

Dedi: «Əbu Süfyan paxıldır. As isə çox nəfəqə verəndir».

As Peyğəmbərə (s) «əbtər» deyərək xitab edirdi. Bu söz Peyğəmbərin (s) xətrinə dəydikdən sonra mübarək Kövsər surəsi nazil oldu.[3]

Təəccüblü deyil ki, belə nəsəbə sahib olan kəs Peyğəmbər (s) və Əlinin (ə) düşmənidir. Onun cinayətlərindən Müaviyə ilə birlikdə Əmirəl-mömininə (ə) verdikləri əziyyətləri, Siffeyn müharibəsini, Quranların nizələrə vurulmasını, Malik ibn Əştəri şəhid etməsini, Həkəmeyn hadisəsini və s. qeyd etmək olar.

Əmr As ölüm anında deyib: «Elə bil ki, Rəzva dağını çiynimə qoyublar, içim isə torpaqla doludur və məni yandırıcı bir deşikdən çəkib çıxarırlar!»

Mənbələr

[2] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 41, Şeyx Müfid - Məsaruş-şiə, səh 15, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəvval cildi, səh 6, Mühəddis Qumi - Feyzul-əlam, səh 61-62, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 5, səh 213, Əllamə Əmini - Əl-Ğədir, c 2, səh 175, Məsudi - Mürəvvicüz-zəhəb, c 3, səh 32

[3] Əllamə Əmini - Əl-Ğədir, c 2, səh 120-123

Teqlər