Şəhadət Hicri-qəməri: 9 Səfər Miladi:

Əmmar Yasirin şəhadəti

Əmmar Yasirin şəhadəti

Hicrətin 37-ci ilində Əmmar Yasir 93 yaşında Siffeyn müharibəsində şəhadətə çatdı.[1]

Əmmarın atası cənab Yasir ibn Amirdir. O, Məkkədə müşriklərin əli ilə şəhadətə çatan ilk şəxs olub. Anası isə Süməyyə idi. Məkkə kafirlərinin əziyyətlərinə çoxlu səbr etdi. Əbu Cəhlin əli ilə şəhadətə çataraq İslamda birinci şəhid olan qadın adını aldı.

Əmmarı isə Əbül Adiyə və Əbu Həvva Səksəki şəhid etdilər. Bunu Əmirəl-mömininə (ə) xəbər verdikdə çox kədərləndi və Əmmarın yanına gəldi, başını dizləri üstə alıb hüznlü və kədərli halda dünyanın vəfasızlığından, dostlardan uzaqlaşmaq barəsində şeir oxudu və buyurdu: «İnna lillahi və inna iləyhi raciun». Hər kim Əmmarın ölümünə qəmgin olmasa, ona müsəlmançılıqdan bir bəhrə yoxdur. Behişt bir dəfə yox, bəlkə dəfələrlə Əmmara vacib olubdur.[2]

Mənbələr

[1] Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 16, Mühəddis Qumi - Feyzul-əlam, səh 189, Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 2,səh 100

[2] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 26, 27

Teqlər