Digər Hicri-qəməri: 19 Ramazan Miladi:

Əlinin (ə) zərbətlənməsi

Əlinin (ə) zərbətlənməsi

Hicrətin 40-cı ili mübarək ramazan ayının 19-da Kufə məscidində sübh namazı vaxtı zəhərli qılıncla ibn Mülcəmin vasitəsilə Həzrət Əli (ə) zərbətləndi.

Hicrətin 40-cı ili ramazan ayının 13-də Əli (ə) Nəhrivan döyüşündən ayrıldıqdan sonra öz şəhadətindən xəbər verdi[1]. O gün imam mənbərdə İslam həqiqətlərindən bəyan edən hikmətli sözlərindən sonra oğlu İmam Həsənə (ə) buyurdu: «Ramazan ayından neçə gün keçib?»

İmam Həsən (ə) buyurdu: «13 gün».

İmam Hüseyndən (ə) soruşdu: «Neçə gün qalıb?»

İmam Hüseyn (ə) buyurdu: «17 gün qalıb».

Bu an Əmirəl-möminin (ə) əliylə mübarək saqqalını tutdu və buyurdu: «Saqqalımın qan ilə bulaşmasına az qalıb».

Hicrətin 40-cı ili mübarək ramazan ayının 16-cı gecəsi Əli (ə) Peyğəmbəri (s) yuxuda gördü. Həzrət ona tezliklə behiştdə görüşəcəklərini müjdə verdi. Əmirəl-möminin (ə) bunu qızı Ümmi Külsümə (ə) xəbər verdi.[2] On doqquzuncu gecə o, Ümmü Külsümün evində iftar etdi.[3]

Hicrətin 40-cı ili mübarək ramazan ayının 19-ci gecəsi ibn Mülcəmlə birlikdə olan Vərdan və Şəbib çaxnaşma vaxtı öldürüldülər.[4]

Hicrətin 40-cı ili xəvaricdən olan bir qrup Məkkədə toplaşıb Nəhrivanda ölənlərə ağladılar. Onlardan 3 nəfəri bir-biri ilə əhd bağladılar ki, bir gecədə Əli (ə), Əmr As və Müaviyəni öldürsünlər.

İbn Mülcəm Əlini (ə) öldürməyi öz öhdəsinə götürdü. Kufəyə gəlib evlənmək istədiyi Qutam bint Əxzərin, Şəbib ibn Bəcrə və Vərdən ibn Məcalənin köməyi ilə öz qərarını həyata keçirdi.

On doqquzuncu gün sübh vaxtı Əmirəl-möminin (ə) məscidə daxil oldu və uca səslə dedi: «Camaat, namaz vaxtıdır».

Sonra namaz qılmağa başladı. Birinci rəkətdə başını səcdədən qaldırdıqda Şəbib ona hücum etdi, amma qılıncı yayındı. Dərhal ibn Mülcəm hücum etdi və Həzrətin başına qılınc vurub yaraladı. Bu an Həzrət Əli (ə) buyurdu: «Bismillahi və billahi və əla milləti rəsulillahi, Kəbənin rəbbinə and olsun ki, qurtuldum».

Mənbələr

[1] Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 139, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 5, səh 213

[2] Şeyx Müfid - Əl-irşad, c 2, səh 15, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 190

[3] Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 190

[4] Mürəvvicul-islam - Nəfaihul-əlam, səh 41

Teqlər