Digər Hicri-qəməri: 1 Səfər Miladi:

Əhlibeytin (ə) Şama daxil olması

Əhlibeytin (ə) Şama daxil olması[2]

Əhlibeyt (ə) əsirlərinin Dəməşqə yaxınlaşmaq xəbəri yetişdikdə, Yezid (l) bəzi göstərişlər verdi:

a) Qiymətli daşlardan hazırlanmış, ləl-cəvahiratla işlənmiş tac və taxt hazırlansın.

b) Hər sinfə məxsus olan böyüklər bir-birinə kömək edərək şəhəri gözəl bəzəsinlər.

c) Bütün şəhər əhli zinətli geyimlər geyinib özlərini bəzəsinlər.

d) Hamı bir-birinə get-gəl edərək təbrik söyləsin.

e) Tam hazırlıq görüldükdən sonra təbil və şeypurla əsirləri qarşılamağa getsinlər.

f) Carcılar şəhərdə xəbər yaysınlar: "Iraqa gəlib hökuməti yıxmaq istəyənlərin kəsilmiş başları, uşaqları və qadınları şəhərə daxil olur.

Xəlifənin göstərişi ilə İbn Ziyad onları öldürüb. Hər kim xəlifəni sevirsə bu gün şadlıq etsin"

Alcaq Şamlılar səhlənkarlıq etməyərək damlara rəngbərəng bayraqlar sancdılar. Hər keçənə şərab payladılar. Oxuyanların nəğməli səsləri ucaldı. İnsanlar dəstə-dəstə Dəməşqdə Kufə qapısına tərəf gedirdilər. Bir dəstəsi şəhərdən xaric olmuşdular. Bu halda baş verirdi ki, Peyğəmbərin (s) ürəyi dağlı və müsibət çəkmiş Əhlibeyti (ə) (Cəbrəilin qoruyuculuğu ilə) nizəlilər və rəhimsizlərlə şəhərə daxil oldular. Zalımlar əsirlərin nurani çöhrələrini gördükdə cəsarət edərək bəzi sözlər deyirdilər. O şəhərdə nələr baş verdi və böyük məqama sahib olanlar nə etdilər? Bunu qələmlə yazmaq mümkün deyil.[3]

Mənbələr

[2] Şeyx Məhəmməd Məhdi Hairi Mazəndərani – Məalis-sibteyn, c 2, səh 140, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 6, səh 294

[3] Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 5, səh 6-30, Seyyid Məhəmməd Cavad Zehri Tehrani – Əz Mədinə ta Mədinə, səh 896, 899

Teqlər