Digər Hicri-qəməri: 12 Məhərrəm Miladi:

Əhlibeytin (ə) Kufəyə daxil olması

Əhlibeytin (ə) Kufəyə daxil olması

On ikinci gün Əhlibeyt (ə) əsir halda Kufəyə daxil oldu.[2] Bu gün İbn Ziyad göstəriş verdi ki, heç kim silahlı halda evdən çıxa bilməz. On min süvari və piyadaçıları bütün küçələrə, bazarlara müvəkkil seçdi ki, Əmirəl-möminin Əlinin (ə) şiələrindən heç bir nəfər də hərəkət edə bilməsin. Sonra göstəriş verdi ki, Kufədə olan başları qaytararaq Əhlibeytin (ə) önündə aparsınlar. Birlikdə şəhərə daxil edib və bazarlarda dolandırsınlar.

İnsanlar Peyğəmbər (s) ailəsinin bu halını, nizələrdəki başları və yəhərsiz miniklərdə olan qadınları gördükdə ucadan ağlamağa başladılar.

Zeynəbi-Kubra (ə), Ümmi Kulsüm, Fatimə binti Hüseyn və İmam Zeynəl Abidin (ə) tərtiblə ciyər yanğısı və dərdli qəlblə xütbə söylədilər. Ordunun bir dəstəsi bunları gördükdən sonra etdiklərindən peşman oldular. Amma çox gec idi.[3]

Mənbələr

[2] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və səfər cildi, səh 204, Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, Məhərrəm cildi, səh 25

[3] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və səfər cildi, səh 205

Teqlər