Vəfat Hicri-qəməri: 30 Zilhiccə Miladi:

Əbu Musa Əşərinin ölümü

Əbu Musa Əşərinin ölümü

Hicrətin 44-cü ili zilhiccə ayında (bir rəvayətə əsasən hicrətin 42 və ya 52-ci ilində) Əbu Musa Əşəri kimi tanınan Abdullah ibn Qeys cəhənnəmə vasil olub. O, Peyğəmbərin (s) ömrunun sonlarında zahirən İslamı qəbul etmişdi. Nifaq salmaqda Ömər qədər həm fikir idi ki, onu Ömərin bir hissəsi sayırdılar.

Əbu Musa «Ləylətul-məbit»də, hicrət gecəsi, «Ləylətul-əqəbə»də, Təbuk döyüşündə və həmçinin Qədir Xumdan qayıdarkən Peyğəmbəri (s) qətlə yetirmək istəyənlər arasında idi. Amma Allah bütün bu məqamlarda Peyğəmbəri (s) qorudu.

O, əvvəlinci şəxsdir ki, Ömərə «Əmirəl-Möminin» deyərək xitab etdi. Ömər də Əbu Musaya olan etimadına görə onu dörd il Bəsrənin valisi seçdi. Halbuki, heç kimi bir ildən artıq bu işdə saxlamırdı. Əbu Bəkr ona vəzifə vermədi. Osman isə onu Bəsrə valiliyindən uzaqlaşdırdı.

O, Cəməl müharibəsində camaatın Əliyə (ə) kömək göstərməsinə manecilik törətdi. Nəhayət «Dumətul-cəndəl»də, «Həkəmeyn» hadisəsində Əmr As ilə Əlini (ə) xilafətdən uzaqlaşdırdı. Bundan sonra o, Əlinin (ə) səhabələrinin qorxusundan Məkkəyə qaçdı və orada cəhənnəmə vasil oldu.[4]

Mənbələr

[4] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 63, 214, İbn Əsakir - Tarixu mədinətu Dəməşq, c 32, səh 100, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 41, Əllamə Məclisi - Biharul-ənvar, c 28, səh 99, İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 31, səh 303, 305, Sibt ibn Covzi - Təzkirətul-xəvass, c 1, səh 24

Teqlər