Vəfat Hicri-qəməri: 22 Cəmadiyəs-sani Miladi:

Əbu Bəkrin ölümü

Əbu Bəkrin ölümü

Hicrətin 13-cü ili cəmadis-sani ayının 22-i, ikinci günün gecəsi Əbu Bəkr ibn Əbi Quhafə adı kimi tanınan Abdullah ibn Osman 67 yaşında dünyadan köçüb.[1] Bir rəvayətə əsasən Əbu Bəkrin ölümü rəbius-sani ayının 27-də baş verib.[2]

O, iki il, üç ay, iyirmi iki gün xilafəti qəsb edib. Peyğəmbərin (s) şəhadətindən sonra Bəni Saidə Səqifəsinin üzvləri tərəfindən seçilən ilk xəlifə oldu. Əbu Bəkrin seçimi düşünülməmiş bir addım idi. Çünki, Səqifəni yaradan Ömər özü deyir: «Əbu Bəkrlə beyət etmək məsləhətsiz, diqqətsiz və düşünülməmiş bir iş idi (cahilliyət dövrü kimi, Allah müsəlmanları onun şərrindən qorudu). Hər kim belə bir işi təkrarlasa, onu öldürün».[3]

Sünni alimləri onun ölümü barədə yazırlar: "Əbu Bəkr cəmadis-sani ayının 7-də 1-ci gün qüsl almışdı. Həmin gün hava soyuq olduğundan hərarəti qalxmışdı. Bu xəstəliyi 15 gün davam etdi. Namaza gedə bilmirdi. Cəmadis-sani ayının 22-də, ikinci gününün gecəsi xilafəti Ömərə verdikdən sonra öldü.[4]

Ölməmişdən qabaq vəsiyyətnaməsini yazmaq üçün Osmanı çağırdı. Vəsiyyətnamədə bildirmək istəyirdi ki, ondan sonra xilafət Ömərə yetişəcək. Bəzi kəlmələri deyib huşdan getdi. Qalanını isə Osman özündən yazdı ki, xilafət Ömərindir. Əbu Bəkr huşa gəlib ayıldıqda Osmanı dua etdi ki, istədiyini yazıb.[5]

Soruşmaq lazımdır: Niyə görə Peyğəmbər (s) ömrünün sonunda Allahın əmrinə əsasən vəsiyyətini yazmaq üçün kağız, qələm istədikdə ona sayıqlamaq nisbəti verdilər?

Əbu Bəkr ölüm anında dedi: «Kaş Əlinin (ə) və Fatimənin (ə) evini təftiş etməyəydim»[6]

Mənbələr

[1] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 10, Suyuti – Tarixul Xuləfa, səh 81, Mühəddis Qumi - Feyzul-əlam, səh 328, Əllamə Məclisi – Biharul-ənvar, c 29, səh 521

[2] Şeyx Müfid – Məsaruş-şiə, səh 37, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 343, Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 732, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 200

[3] Əllamə Əmini – Əl-Ğədir, c 5, səh 370, Əbu Əbdillah Buxari Cufi – Səhih, səh 6681, Əhməd ibni Hənbəl – Müsnəd, hədis 393, Sireyi ibn Hişam, c 4, səh 308

[4] Suyuti – Tarixul Xuləfa, səh 81, Əllamə Məclisi – Biharul-ənvar, c 29, səh 521

[5] İbn Əbil Hədid – Şəhri Nəhcül Bəlağə, c 2, səh 165,

[6] Məsudi – Mürəvvicüz-zəhəb, c 2, səh 308, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 10, İbn Qüteybə - Əl-imamə vəs-siyasə, c 1, səh 18, Firuzabadi – Səbətun minəs-sələf, səh 77, Məhəmməd ibn Cərir Təbəri - Tarixul-uməm vəl mulk, c 4, səh 52, Zəhəbi – Mizanul-etidal, c 2, səh 215

Teqlər