Əbdülməlik ibn Mərvanın ölümü
Əbdülməlik ibn Mərvanın ölümü
Hicrətin 86-cı ili Əbdülməlik ibn Mərvan Səffak Dəməşqdə həlak oldu.[1] (Bəzilərinin nəql etdiyinə əsasən o, şəvval ayının 15-də ölüb)[2] O, 21 il 6 ay xilafəti qəsb edib. Sultanlığa çatmamışdan qabaq daim məsciddə olar, Quran oxuyardı. Belə ki, ona «həmmamətul-məscid» deyə müraciət edərdilər! Sultanlıq xəbərini aldıqda o, Quranı bir kənara qoyub dedi: «Xudahafiz. Bu, mənimlə sənin ayrılığımızın başlanğıcıdır.»
Onun xəstəliyi o qədər ağırlaşmışdı ki, həkim ona demişdi: «Əgər su içsən, öləcəksən»
Amma susuzluq ona o qədər təsir etdi ki, oğlu Vəliddən su istədi.
Vəlid dedi: «Su içsən, öləcəksən!»
Əbdülməlik qızından su istədi, amma oğlu Vəlid buna yol vermədi.
Əbdülməlik dedi: «İcazə ver, mənə su versinlər yoxsa səni vəliəhdlikdən uzaqlaşdıracağam».
Vəlid heç bir şey demədi. Əbdülməlik suyu içib öldü.
Onun ən böyük cinayətlərindən İmam Zeynəlabidini (ə) şəhadətə çatdırması, Həccac ibn Yusifi şiələrə müsəllət etməsi idi.[3]
Mənbələr
[1] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 105, Mühəddis Qumi - Feyzul-əlam, səh 73, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 5, səh 216
[2] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəvval cildi, səh 94
[3] Mühəddis Qumi - Müntəhal-amal, c 2, səh 39, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 106




