Digər Hicri-qəməri: 25 Rəbiül-əvvəl Miladi:

Dumətul-cəndəl müharibəsi

Dumətul-cəndəl müharibəsi

Hicrətin 5-ci ilində bu gün Peyğəmbərin (s) zamanında bu müharibə baş verdi.[1] Dumətul-cəndəl ərazisində yolkəsənlər birləşib karvanlara hücum etdilər. Peyğəmbər (s) Səba Ğəffarini rəbiul əvvəl ayının 25-də Mədinədə öz yerinə qoyub özü min nəfərlə ora getdi. Yolkəsənlər o Həzrətin (s) gəldiyini gördükdə qaçdılar. Müsəlmanlar onların mallarını götürüb rəbius sani ayının 20-də Mədinəyə daxil oldular.[2]

Əbdül Rəhman ibn Əbi Leyla deyir: Mən Əbu Musa Əşəri ilə oradan keçirdim. Əbu Musa mənə dedi: -Biz Peyğəmbərlə (s) bu yerə çatdıqda Həzrət (s) mənə buyurdu: «Bu məkanda Bəni İsraildən iki nəfər zülmə hökm verdilər və tezliklə mənim ümmətimin içindən də iki nəfər bu məkanda zülmə hökm verəcəklər».

Əbu Musa və Əmr As Siffeynə Həkəmeyn üçün həmin yerə getmişdilər. Əli ibn Əbi Talib (ə) və Müaviyə arasında hökm etdilər. Həkəmeyn hadisəsindən sonra Əbu Musanı gördüm və ona dedim: «Məgər sən deyildin ki, Peyğəmbərdən (s) belə bir hədisi nəql edirdin?!».

Dedi: «Vəllahul-müstəan»!!![3]

Mənbələr

[1] Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəbiul əvvəl cildi, səh 150

[2] Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəbiul əvvəl cildi, səh 150

[3] Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, Rəbiul əvvəl cildi, səh 150

Teqlər