Digər Hicri-qəməri: 20 Məhərrəm Miladi:

Covnun Kərbəlada dəfn olunması

Covnun Kərbəlada dəfn olunması

Aşura hadisəsindən on gün sonra Bəni Əsəd tayfasından bir qrup insan Əbuzər Qəffarinin qulamı Covnun bədənini tapdılar. Onun bədəni nura boyanmış halda ətir verirdi. Onlar Covnu orada dəfn etdilər.[1]

Covn, Əmirəl-möminin Əlinin (ə) 150 dinara alaraq Əbuzərə bağışladığı bir qul idi. Əbuzəri Rəbəzəyə sürgün etdikdə o, Əbuzərə kömək etmək üçün ora getdi. Onun vəfatından sonra Mədinəyə qayıdıb Həzrət Əlinin (ə), İmam Həsən Müçtəbanın (ə), daha sonra İmam Hüseynin (ə) xidmətində oldu və Həzrətlə (ə) Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya gəldi.

Aşura günü müharibə şiddətlənəndə Covn İmam Hüseynin (ə) yanına gəlib meydana çıxmaq icazəsi istədi.

Həzrət (ə) buyurdu: «Bu səfərdə bizim rahatlıq və sağlamlığımız üçün bizimlə birgə idin! İndi bizə görə özünü mübtəla etmə».

Covn özünü İmam Hüseynin (ə) ayaqlarına atdı, onu öpüb buyurdu: -Ey Allah Rəsulunun (s) oğlu! Siz rahatlıq və aramlıq ikən mən sizin süfrənizdən çörək yemişəm. İndi bəlaya tutulduğunuz vaxt sizdən ayrılım?"

Covn özlüyündə fikirləşdi: -Mən hara, bu ailə hara?! Elə buna görə buyurdu:" Mənim ağam, mənim iyim pisdir, ailə şərafətim də yoxdur, rəngim isə qaradır. Ya Əba Abdillah, lütf edib məni behiştlik edin ki, iyim gözəlləşsin, ailə şərafəti əldə edim və rəngim ağarsın. Yox! Mənim ağam, sizdən ayrılmayacağam ki, mənim qara rəngim sizin qanınızla qarışsın.

Covn deyir və ağlayırdı. O həddə çatdı ki, İmam Hüseyn (ə) ağlar gözlə ona icazə verdi.

Covn 90 yaşlı bir kişi olmasına baxmayaraq uşaqlar onunla çox ünsiyyət qurmuşdular. O, halallıq alaraq vidalaşmaq üçün xeymələrin kənarına gəldi. Uşaqların ağlamaq səsi ucaldı və onun ətrafına toplaşdılar. O, hər birini sakitləşdirib xeymələrə göndərdi. Qəzəbli şir kimi düşmənə tərəf getdi. Açıq müharibə etdi. Düşmənlər onun ətrafını tutaraq çoxlu yaraladılar. Yerə yıxıldıqda İmam Hüseyn (ə) onun başını öz qoynuna alaraq, ucadan ağlamağa başladı. Mübarək əlini üzünə, başına sürtərək buyurdu: "İlahi, onun rəngini ağart, iyini gözəlləşdir və onu İsmət (ə) ailəsi ilə məhşərə gətir."

Həzrətin (ə) duasının bərəkətindən o qulamın üzü ay kimi parıldayır, gözəl ətir verirdi. Belə ki, onun bədənini on gündən sonra tapdıqda üzü nur, iyi isə ətirli idi.[2]

Mənbələr

[1] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 42,

[2] Musəvi Zəncani – Vasilətud-dareyn fi ənsaril-Hüseyn (ə), səh 115

Teqlər