Bəni Müstələq müharibəsi
Bəni Müstələq müharibəsi
Hicrətin 6-cı ili bu günü Bəni Müstələq müharibəsi baş verib.[1]
Həmin il şaban ayının 2-də müsəlmanlar müharibə etmək üçün yola çıxdılar. Müsəlmanların sayı 1000 nəfərdən ibarət idi, 30 atları var idi. Amma kafirlər 700 nəfər idilər. Bu müharibədə müsəlmanlardan 1 nəfər şəhid oldu, kafirlərdən isə 10 nəfər qətlə yetirildi.[2]
Müharibə müsəlmanların qələbəsi ilə tamamlandı. Müstələq Məkkə ilə Mədinə arasında məntəqə adıdır və Müstələqə mənsubdur. O, İsmailin (ə) dini dəyişdirib, öz qəbiləsini Hübəl adlı bütə ibadət etməyə fərman verən və onu Kəbədə qoyan ilk şəxsdir.
Mənbələr
[1] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 21, Mühəddis Qumi - Feyzul-əlam, səh 328
[2] Məhəmməd Möhsin - Əl-mosuətul-kubra fi cəzəvati-nəbiyyil-əzəm (ə), c 3, səh 12




