Bədr müharibəsi
Bədr müharibəsi
Hicrətin 2-ci ili cümə günü Bədr döyüşü baş verib.[9] Həmçinin bu döyüşün ayın 18-i və ya 19-da olması da nəql olunub.
Müsəlman ordusunda 313 nəfər iştirak edirdi. Onlardan 9, ya 14 nəfər şəhid oldu. Kafirlər isə 950 nəfər idi. Onların 70 nəfəri öldürüldü, 70 nəfəri isə müsəlmanlar tərəfindən əsir götürüldü. Öldürülən 70 nəfərdən 35 nəfəri Əlinin (ə) əliylə qətlə yetirilmişdi.[10]
Bu döyüşdə Əbu Cəhl öldürüldü.[11] Əbu Cəhl Hişam ibn Müğeyrə Məxzumi Peyğəmbərin (s) ən böyük düşmənlərindən idi. Adı Hişam olmasına baxmayaraq pis nəsəbi və görünüşünə görə Əbu Cəhl kimi tanınırdı. Əbu Cəhl Məkkədə Peyğəmbərə (s) çoxlu əziyyət verir, Həzrətin (s) başına daş-kəsək və s. atır, dişinə daş vurub ona dəlilik və yalançılıq nisbəti verirdi. O, Əmmar Yasirin anası Süməyyəni çoxlu işgəncələrdən sonra nizə ilə şəhid etdi.
Bədr döyüşündə ənsardan olan iki qardaşlar əvvəllər Peyğəmbərə (s) verdiyi əziyyətləri eşitdikləri üçün onu öldürmək qərarına gəldilər. Ona çoxlu zərbələr vurdular. Qardaşlardan birinin əli kəsildi. Sonda Əbu Cəhli yerə yıxdılar.
Döyüşdən sonra Peyğəmbər (s) buyurdu: «Əbu Cəhldən xəbər gətirin».
Abdullah ibn Məsud Əbu Cəhli tapdı, ayağını onun sinəsinə qoydu. Bu zaman Əbu Cəhl ayılıb dedi: -Uca yerə ayaq qoymusan. Kaş mənim qatilim kəndçi olmayaydı.
Bununla o, Ənsara İsarə edirdi. Abdullah ibn Məad onun başını kəsib Peyğəmbərin (s) yanına gətirərək ayağının altına qoydu. Peyğəmbər (s) Allaha şükr etdi[12] və buyurdu: «Bu gün bayramdır. Allahın iman əhlinə verdiyi nemətin şükrü yerinə yetirilməlidir»[13].
Mənbələr
[9] Əllamə Məclisi - Biharul-ənvar, c 19 , səh 325, c 97 , səh 168, c 18 , səh 380, Məhəmməd Möhsin Fəqih - Əl-mosuətul-kubra fi cəzəvatin-nəbiyyil-əzəm (s), c 1, səh 138, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 215, 216
[10] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 48, 49, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 215, 216
[11] Mürəvvicul-islam - Nəfaihul-əlam, səh 288, Mühəddis Qumi - Feyzul-əlam, səh 37, 38
[12] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 47, 49, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 215, 216
[13] Şeyx Kəfəmi - Əl-Misbah, c 2, Əllamə Məclisi - Biharul-ənvar, c 97 , səh 383




