Vəfat Hicri-qəməri: 16 Ramazan Miladi:

Aişənin qətli

Aişənin qətli

Hicrətin 58-ci ili mübarək ramazan ayının 17-ci gecəsi Əbu Bəkrin qızı Aişə Mədinədə Müaviyənin əli ilə öldürüldü, bununla da öz əməllərinin cəzasına çatdı.[14] Həmçinin onun ölümünün rəcəb ayının 29-da və ya zil hiccə ayının axırında baş verdiyi nəql olunub.

İbn Əbil Hədid deyir: «Əgər Əlinin (ə) yerinə ikinci xəlifə olsaydı, Aişəni tikə-tikə edərdi.»[15]

Müaviyə oğlu Yezid üçün camaatdan beyət almaq istədikdə Aişə onu inkar edib dedi: «Qardaşım Məhəmmədi öldürdün. İndi Yezid üçün beyət alırsan?»

Müaviyə onun fitnə yaratmasından qorxdu. Buna görə evində quyu qazdırdı. Qiymətli bir xalçanı onun üstünə salıb taxt qoydurdu və Aişəni işa namazında evinə dəvət etdi. Aişə evə daxil olduqda Müaviyə onun orada əyləşməsini istədi. Aişə orada əyləşən kimi quyuya yıxılıb həlak oldu. Aişə Peyğəmbərin (s) zamanında o Həzrətə (s) yaxşı münasibət bəsləmirdi. Əli (ə), Fatimə (ə) və Peyğəmbərin (s) həyat yoldaşlarına qarşı da pis rəftar edirdi.

Cəməl müharibəsi və 20 min nəfər müsəlmanın ölümü onun yaratdığı fitnənin nəticəsidir.

Həzrət Zəhra (ə) şəhadətə çatdıqdan sonra Allahdan Rəsulunun (s) qadınları Əmirəl-mömininə (ə) baş sağlıqı vermək üçün gəldilər. Aişə isə özünü xəstəliyə vurub gəlmədi və elə bir söz dedi ki, onun buna sevindiyini bildirirdi.[16]

Onun Əliyə (ə) qarşı olan kini o həddə çatmışdı ki, qulamını Əbdürrəhman adlandırdı və dedi: «Bu adı ona görə buna verdim ki, Əli ibn Əbutalibin qatili Əbdürrəhman ibn Mülcəmə məhəbbətimdən irəli gəlirdi»[17].

Mənbələr

[14] Mühəddis Qumi - Feyzul-əlam, səh 36, Mürəvvicul-islam - Nəfaihul-əlam, səh 275, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 5, səh 214, 215

[15] İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 17, səh 254

[16] İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 9, səh 198, Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 2, səh 357

[17] Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 2, səh 357, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 3, səh 741, Əllamə Məclisi - Biharul-ənvar, c 28 , səh 194, c 32, səh 341

Teqlər