Abdullah Məhzin və İmam Həsənin (ə) nəslindən olan bir dəstənin şəhadəti
Abdullah Məhzin və İmam Həsənin (ə) nəslindən olan bir dəstənin şəhadəti[2]
Hicrətin 145-ci ili bu gün Abdullah Məhz ibn Həsən Müsənna ibni Həsən (ə) 57 yaşında qardaşları və əmisi oğlanları ilə birlikdə Mənsur Dəvaniqinin zindanında şəhadətə çatıblar. Onlar elə bir zindanda saxlanılırdılar ki, gecə ilə gündüzü aid etmək mümkün deyildi.
Abdullah Məhzin qardaşları Həsən və İbrahimdir. Bu ikisinin anası Fatimə bint Hüseyndir. Əmisi oğlanları isə: Yəqub, İshaq, Əbul Həsən Əli Abid, Abbas və Abdullahdır. Bunlardan bəzisi, məsələn, İbrahim diri-diri basdırıldı. Bəzilərini isə evlərini başlarına uçurub şəhid etdilər. Ali Həsənin (ə) mərqədi Bağdadın yaxınlığında Haşimiyyədədir.
Mənsur Dəvaniqi Əhlibeytə (ə) olan xüsusi düşmənciliyinə görə onları şəhid etməmişdən 1 il qabaq hicrətin 144-cü ilində göstəriş vermişdi ki, Ali Həsəni (ə) zəncirləyib, yəhərsiz miniklərə mindirməklə Rəbəzəyə aparsınlar. Onları bu halda lüt bədənlə günəşin altında Mənsurun qabağında saxladılar. Abdullah Məhz Mənsura dedi: «Məgər biz Bədr günü sizin əsirlərinizlə belə rəftar etdikmi?» Bu söz Mənsura ağır gəldiyindən qalxıb getdi.
Bu böyük şəxsiyyəti bu halda Mədinədən çıxardıqda İmam Sadiq (ə) pərdə arxasından baxıb o qədər ağladı ki, göz yaşları saqqalına axdı və buyurdu: «Allaha and olsun, bu camaatdan sonra Allah üçün bir hörmət saxlamadılar».[3]
Mənbələr
[2] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 15, Kitabul-məqəbin min vulidəl İmam Əmirilmömin (ə), səh 123-124
[3] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 219, Əbulfərəc İsfahani - Məqatilut-talibin, səh 144, 196




