Şəhadət Hicri-qəməri: 13 Məhərrəm Miladi:

Abdullah ibn Əfifin şəhadəti

Abdullah ibn Əfifin şəhadəti

Abdullah ibn Əfif Əzdi Əmirəl-möminin Əlinin (ə) böyük səhabələrindən olub, Cəməl və Siffeyn müharibələrində iki gözlərini itirmişdi. İbadətlə məşğul olardı. O, İbn Ziyadın Əmirəl-mömininə (ə) və İmam Hüseynə (ə) yalan nisbət verdiyini eşitdikdə camaatın içindən qalxıb dedi: «Sakit ol, ey Mərcanənin oğlu! Yalançı sənsən və atandır ki, sənə bu məqamı verib. Ey Allahın düşməni! Peyğəmbər (s) övladlarını öldürürsən və möminlərin mənbərində belə danışırsan?"

Məmurlar ona etiraz etmək istəsələr də qəbiləsinin köməyi ilə evinə getdi. Amma sonradan onun evini mühasirəyə aldılar. O, özünün və qızının rəşadətli hərəkətlərindən sonra tutuldu və Allahdan necə istəmişdisə ən pis yaranmışın əli ilə, yəni İbn Ziyadın əli ilə şəhadətə çatdı»[4]

Mənbələr

[4] Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 4, səh 80, 87-88

Teqlər