Abbasi xəlifəsi Musanın ölümü
Abbasi xəlifəsi Musanın ölümü
Bu gün Abbasi xəlifəsi Məhdi Abbasinin oğlu Musa cəhənnəmə vasil olub.[6] Başqa bir rəvayətə əsasən isə rəbiul əvvəl ayının 15-də və ya 18-də dünyadan köçüb. Həmin gün Harun xəlifəliyə seçildi və Məmun dünyaya gəldi. [7]
Musa 25 və ya 26 il ömür sürüb. Xilafət dövrü isə 1 il, 3 ay davam edib. O, qəlbi qəsavətli, rəhmsiz, pis təbiəti ilə məşhur idi.[8]
Seyyid ibn Tavus "Məhcud-dəəvat" kitabında rəvayət edir ki, Musa ordu göndərərək Hüseyn ibn Əli ibn Həsən Müsənna ibn İmam Həsən Müçtəbanı (ə) səhabələri ilə birlikdə şəhid etdi. Onun başını əsirlərlə bərabər Musanın yanına gətirdilər. Musa başı görən kimi şer oxumağa başladı.
Əsirləri bir-bir onun yanına gətirirdilər. Onları danlayıb pislədikdən sonra ölümlərinə göstəriş verirdi.
Bir gün Əmirəl-mömininin (ə) övladlarından bəzilərini öldürdü və talibiləri söyürdü. Musa ibn Cəfərin (ə) mübarək adına çatdıqda O Həzrətə (ə) pis sözlər dedi və fəryad çəkdi. Hüseyn Musa ibn Cəfərin (ə) əmri ilə qiyama qalxdı. Çünki o, bu ailədə vəsiyyət sahibi idi.
-Allaha and olsun onu öldürəcəyəm. Onu sağ qoysam, Allah məni öldürsün. Onu əfv etsəm, Allah məni öldürsün. Əgər atam Məhdi və Səffah olmasaydı və onlar mənə Cəfər ibn Məhəmmədin din, elm baxımından fəzilətləri barədə danışmasaydılar, onun qəbrini açıb bədənini yandırardım.
Əli ibn Yəqtin Bağdaddan Həzrət Kazim (ə) üçün məktub göndərib əhvalatı bildirdi. Məktub həzrətə (ə) çatdıqda əhlibeytini və şiələrini çağırıb buyurdu: -Bu barədə sizin fikriniz nədir?
Dedilər: -Yaxşısı budur ki, siz özünüzü bu zalımdan gizlədəsiz.
Həzrət (ə) buyurdu: -İraqdan gələcək ilk məktub Musanın ölüm xəbərini bildirəcək. Hadisə Həzrətin (ə) buyurduğu kimi oldu.[9]
Mənbələr
[6] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 89, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 5, səh 223, Mühəddis Qumi - Feyzul-əlam, səh 215
[7] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 91
[8] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 222, 224
[9] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 92




