Süd verməyin hökmləri

Süd verməyin hökmləri

Məsələ 2430: Əgər bir qadın bir uşağa 2440-cı məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq oğlan olsa bu qadınlara və əgər qız olsa bu kişilərə məhrəm olur:
1. O qadının özünə, ona süd anası deyilir;
2. O qadının ərinə ki, süd ona məxsusdur və ona da süd atası deyilir;
3. O qadının atası və anasına hər nə qədər yuxarı getsələr də; (hətta onun süd anası və süd atası da olsa.)
4. O qadından dünyaya gəlmiş, yaxud dünyaya gələcək uşaqlara;
5. O qadının övladlarının uşaqları; nə qədər aşağı getsə də; istər onun övladından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlara süd vermiş olsun;
6. O qadının bacı və qardaşına; hətta süd bacısı və qardaşı da olsa; (Yəni, süd əmizdirilməsi səbəbilə o qadınla bacı-qardaş olmuşlar).
7. O qadının əmisi və bibisinə; hətta süd əmisi və ya süd bibisi də olsa;
8. O qadının xalası və dayısına; hətta süd dayısı və süd xalası da olsa;
9. O qadının ərinin övladlarına, (süd o ərin malıdır), nə qədər aşağı getsə, hətta onun süd övladları da olsa;
10. O kişinin ata-anası və nə qədər yuxarı getsə.
11. Süd ilə əlaqədar olan ərin bacı-qardaşı, süd bacı-qardaşı olsa da.
12. Süd ilə əlaqədar olan ərin əmisi, bibisi, xalası, dayısı və nə qədər yuxarı getsə də. Süd əmməklə olsalar belə. Süd verməklə məhrəm olan başqa kəslər sonrakı məsələlərdə deyiləcək.

Məsələ 2431: Əgər bir qadın bir uşağa 2440-ci məsələdə deyilən) şərtlərlə süd versə, o uşağın atası, o qadından dünyaya gələn qızlar ilə evlənə bilməz. Belə ki, onlardan biri hal-hazırda onun arvadı olsa, onun əqdi batil olur. Amma o qadının süd qızları ilə evlənməyi caizdir. Hərçənd, ehtiyat-müstəhəb budur ki, onlarla da evlənməsin. Həmçinin ehtiyat-vacibə görə süd onun malı olduğu ərin qızlarını və hətta süd qızları olsalar belə, özü üçün əqd edə bilməz və əgər onlardan biri arvadı olsa, onun əqdi ehtiyat-vacibə görə batil olar.

Məsələ 2432: Əgər bir qadın bir uşağa 2440-ci məsələdəki şərtlər ilə süd versə, o qadının əri ki, süd ona məxsusdur, o uşağın bacılarına məhrəm olmaz. Həmçinin, ərin qohumları, o uşağın bacı və qardaşlarına məhrəm olmazlar.

Məsələ 2433: Əgər bir qadın bir uşağa süd versə, o uşağın qardaşlarına məhrəm olmaz. Həmçinin o qadının qohumları süd yemiş uşağın bacı-qardaşlarına məhrəm olmaz.

Məsələ 2434: Əgər insan bir qıza kamil süd vermiş qadın ilə izdivac etsə və onunla yaxınlıq etsə, sonradan o qızı özü üçün əqd edə bilməz.

Məsələ 2435: Əgər insan bir qız ilə izdivac etsə, sonradan o qıza kamilən süd vermiş qadın ilə izdivac edə bilməz.

Məsələ 2436: İnsan anasının, ya nənəsinin kamil süd verdikləri qız ilə izdivac edə bilməz. Həmçinin, əgər insanın atasının arvadı, atasına məxsus olan süd ilə bir qıza süd versə, insan o qız ilə izdivac edə bilməz. Belə ki, süd əmən qızı özü üçün əqd etsə, sonra anası, nənəsi və ya atasının arvadı o qıza süd versə, əqd batil olar.

Məsələ 2437: İnsan, bacısının və ya qardaşı arvadının qardaşına məxsus olan südündən kamil süd verdiyi bir qız ilə izdivac edə bilməz. Həmçinin, insan, bacısı uşağı və ya qardaşı uşağının və ya bacısı, ya qardaşı nəvəsinin süd verdiyi qız ilə izdivac edə bilməz.

Məsələ 2438: Əgər bir qadın öz qızının uşağına kamil süd versə, o qız öz ərinə haram olur. Həmçinin, qızın ərinin başqa qadından olan uşağına süd versə eyni qayda ilə. Amma bir qadın öz oğlunun uşağına süd versə, oğlunun arvadı ki, süd verən uşağın anasıdır, öz ərinə haram olmaz.

Məsələ 2439: Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına atasına məxsus olan süddən versə, 2432-ci məsələdə deyilən ehtiyata görə o qız öz ərinə haram olar, istər uşaq o qızdan olsun, istərsə başqa qadından.

Paylaş:
Baxış sayı: 9333

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

18 + 5 =