Digər (Şəri suallar) · #22649 · · 700 baxış
0 şərh

Yeni doğulmuş uşağa qoyulan ad

Sual
Orxan ·
Salam Aleykum,bagisdiyin narahat elediyme gore,yeni dogulan uwaga adin qoyulmasi haqqinda zehmet olmasa melumat vererdiz.coxsagolun evvelceden

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam. Əhli Beytdən(ə) nəql edilən hədis və rəvayətlərə əsasən, övladın ata üzərində olan haqqlarından biri də budur ki, övlada gözəl ad qoysun. Nəql edilən rəvayətlərə görə, uşağa hələ ana bətnində olarkən ad qoymaq müstəhəbbdir. Bu zaman uşağın cinsi məlum deyilsə, ehtiyata görə, bir oğlan və bir qız adı seçilir, uşaq doğulanda həmin ad ona verilir. Müstəhəbbdir ki uşağa məsumların(ə) adları verilsin. Əhli Beyt(ə) düşmənlərinin adlarını uşağa qoymaq məkruhdur.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh