Yemək-içmək · #13590 · · 1627 baxış
0 şərh

Yeməklərin xasiyyətə təsiri

Sual
Elşad ·
Salam . Yeməklərin insanın xasiyyətində rolu varmı? Hansı yeməklər necə təsir edir? Ətraflı məlumat olsa yaxşı olar. Təşəkkürlər

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Yeməklərin təsiri iki cürdür: Fiziki təsir və mənəvi təsir. Hədis rəvayətlərdə məzəmmət edilmiş işlərdən biri də çox yeməkdir. Rəvayətlərdə buyurulur ki sağlam qalmağınızı istəyirsinizsə doymadan süfrədən qalxın, acmamış süfrəyə oturmayın. Həmçinin tibb də sübut edir ki bütün xəstəliklərin mənbəyi mədəmizdir. Əgər onu çox yeməkdən saxlasaq sağlam qalarıq. Bu , yeməklərin bizə fiziki təsiridir. Mənəvi təsirə gəlincə, aydın məsələdir ki yeyilməsi haram olan şeylərin cismimizə təsirsiz ötüşməsi gözlənilən deyil. Hər bir haram tikənin əməllərimizdə və ya hər hansı işimizdə əleyhimizə zahir olması mütləqdir. Bilmədən edilənlərin təsir mənasında istisnalar ola bilər. Hətta ötən il keçirilin xristianların dini konfransında bu məsələ ciddi müzakirə edilmişdir. Hətta elmi araşdırmalar nəticəsində donuz əti kimi vasitələrin insan psixologiyasına vurduğu zərbələrdən şikayətlənərək qadağan edilməsi təklifini irəli sürmüşdülər. Necə ki orta əsrlərdə də illər boyu donuz əti qadağan edilib. ALLAHIN qadağan etdiyi hər bir işdə olduğu kimi, haram yeməklərdə də bizim üçün zərərlər vardır. Onun ən aşağı zərəri ömrümüzü azaltmasıdır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh