Xüms-zəkat · #13211 · · 407 baxış
0 şərh

xumus haqda

Sual
intiqam ·
Salam eleykum heci bu meseleni basa salardizda etrafli misal ile Məsələ 2328. Əgər insanın xümsü verilməyən, yaxud xümsü verilmiş mal hökmündə olmayan bir malı vardırsa və ondan yaşayış tələbatı çərçivəsində istifadə etmişdirsə (ev əşyaları kimi), xüms ili başa çatdıqdan sonra, yaxud işləyən şəxs deyilsə, həmin malın alındığı vaxtdan bir il keçdikdən sonra ona heç bir ehtiyacı qalmadığı təqdirdə onun xümsünü verməsinə gərək yoxdur. Ancaq əgər elə birinci il ərzində həmin mala olan ehtiyacı tamamilə aradan qalxarsa, vacib ehtiyata əsasən, onun xümsünü verməlidir. Əlbəttə, həmin mal misal olaraq ilin bəzi fəsillərində istifadə edilən şeylərdən, məsələn, növbəti ilin qışı, yaxud yayı üçün saxlanılan qış və yay geyimlərindən olduğu təqdirdə onların müvəqqəti olaraq istifadə edilməyərək saxlanılmasına görə xümsünü vermək lazım deyil

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Bu məsələyə cavab yazmışdıq. Sualı yazarkən sizə verilən kodu yadda saxlayın ki onun cavabını kod vasitəsilə tapa biləsiz. Məsələ belədir. Tutaq ki sizin bir qol saatınız var. Alıb istifadə edirsiz. Başqa bir saat da aldınız. Artıq o köhnəni istifadə etməyəcəksiniz. Köhnə saatın hökmü necədi? Burda bir neçə hal var. Diqqət edin. 1. Əgər o köhnə saatı alandan sonra istifadə etdiyiniz zaman xüms gününüz olubsa, həmin vaxt xüms vermisizsə, daha sonra o saat lazım olmasa istifadə etməsəniz də xümsü yoxdu. 2. Əvvəlki məsələdə deyilən həmin o saat lazımslz olsa, satmaq istəsəniz, məsələn 10 manata aldığınız halda 25ə satsanız, bu halda artıq olan 15in xümsünü verməlisiz. 3. Əgər o köhnə saatı işlədən zaman xüms gününüz keçməyibsə, yeni saat aldığınız üçün artıq lazım deyilsə, gərək onun xümsünü çıxarasınız. 4. Əgər indi istifadə etmirsiz, lakin nə vaxtsa istifadə edəcəksizsə xüms vacib deyil. Aydın olmasa soruşun.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh