Xüms-zəkat · #12216 · · 433 baxış
1 şərh

Xums

Sual
Ramiz ·
Sələmun aleykum, kərbəlayi qardaş. Bu sorğum keçən dəfə xüms barədə verdiyim sualın cavabından ortalığa çıxan bir sual idi sizə göndərmişdim dedim birdən anlaşılmazlıq olar ona görə bunu yenidən ayrıca sual şəklində döndərdim. Sual belə idi ki, dediniz il boyu xərclənən pula xüms düşmür. Yaxşı əgər mənim əlimdə bir neçə ildən yığılıb qalmış pul var xümsünü də verməmişəm, amma xümsü vermək artıq beynimə girib və xüms günü özümçün təyin eləmişəm yanvarın 1-ni. İndi istəyirəm ki, bu puldan ev üçün, ailə üçün yanvarın 1-ə qədər, yəni xüms gününə qədər maşın və yaxud 2 sot torpaq sahəsi alım. Onda necə bu şeylərə xərclədiyim pullara xüms düşəcəkmi? Kərbəlayi, xahiş edirəm, mümkünsə, bu məsələyə bir az izahlı, geniş cavab verərdiz. Sağ olun.

Cavab və şərhlər 3

Şərh yazmaq
Cavab
Aleykum salam. Yanvarın 1ni özünüzə xüms ili təyin etmisinizsə, əlinizdə olan puldan bu ilin 1 yanvarında olan miqdarı ayırın. Yəni keçdiyimiz bu yanvarda əlinizdə nə qədər idisə onun 5də birini indi ayırın. Qalan 5də 4ü və bu il ərzində qazandığınızı xərcləyə bilərsiz
Ramiz
Sələmun aleykum, Kərbəlayi. Deyirsiz ki, bu ilin yanvarın 1-nəcən qalmış pulun 5-dən 1-ni verim və 5-də 4-nü xərcləyim. Axı mən qeyd elədim ki, əlimdə olan illərlə yığılmış pulun hamısını (xümsünü vermədən) verib torpaq almışam oğluma. İndi mən neyləməliyəm? torpağa xəclədiyim həmin xümsü verilməmiş pulların bundan sonra hesablayıb xümsünü verməliyəm, ya yox?
Cavab
Bəli, hesablayıb xümsünü çıxarmalısınız.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

1 şərh