Xüms-zəkat · #12068 · · 373 baxış
0 şərh

Xums

Sual
Ramiz ·
Sələmun aleykum, hacı. Məsələ belədir: mənim dostum subaydır. O, aldığı maaşı hər ay bütöv şəkildə valideynlərinə verir, valideynləri də ona ev tikdikləri üçün həmin pulu ev tikintisinə və başqa ehtiyacları üçün xərcləyirlər. Dostum isə aylıq özünə lazım olan xərcləri hətta evdən alıb xərcləyir. Məsələ burasındadır ki, o xüms verə bilmədiyi üçün narahat olur. Deyir ki, olar mən maaşımı hər ay alan kimi evə verməmiş1/5-ni ayırım xüms verim. Mən ona bildiyim qədər izah etdim ki, xüms il başında artıq qalan pula düşür. Sənsə hələ aylıq maaşını bütöv evə verirsən yenə ehtiyacların ödənmir. Atası da istəyir ki, evi tez tiksin və onu evləndirsin. Sual budur ki, bu dostum xüms verməlidir aylıq maaşından, ya yox?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Aleykum salam Fərq etməz . İlin bir gününü təyin etsin, həmin gün əlində olanın 5də birini xüms ayırsın. İl ərzində xərclədiklərinə xüms yoxdur.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh