Haram · #18581 · · 410 baxış
0 şərh

Topaz

Sual
Kamran ·
Salam Aleykum əzizlər. Xahiş edirəm deyərsiniz mən 2008 də orta məktəb şahirdi olarkən dostum mənim üçün "TOPAZ" adlanan oyunda futbol oyunu üçün 2 manat atmış və mənə 68 manat qazandırmışdı yəni ondan mənim üşen müəyyən oyunların qələbəsi ya uduzmağı üçün yazmağın xahiş etmişdim. Və nəticələr axşam bəlli olduqda səhəri gün mən 68 manata yiyələndim. Hal hazırda üstündən 8 il keçib. İndi üç sualım olacaq 1)MƏN MAAŞ ALANDA 68 MANAT SƏDƏQƏ VERMƏLİYƏM O PULA GÖRƏ.? 2)ƏGƏR VERƏCƏMSƏ ORA OYUN YAZMAĞA GƏLƏN İNSANLAR ÖZ XOŞLUQLARI İLƏ OYUN YAZIB UDUZUBLARSA MƏNDƏ YAZIB UDMUŞAMSA BUNDA "HAQQUNNAS" aradan qalxmırmı? Çünki hər bir insan ora pul udmaq üçün gəlir. 3)Bir sualda buduki hardasa 2 də ya 3 də oxuyanda dükandan pul üç-dörd manat pul götümüşdüm oyuncaq almaq üçün oda qohum idi yəni qohumun dükanı. Mən o adamın adından o pulum iki ya üç misli qədər sədəqə versəm olar? Uşaq ikən olsada həddi buliqa yetişəndə insan hər şeyin dərkinə varır. Mən utanıram o adama deyimki uşaq ikən belə bir şey olmuşdu. İstəmirəm kiminsə yanında abrım gedsin. Xahiş edirəm maddi cəhətdən nədirsə hemin adamn adından sədəqə verməyə hazıram. Onlar bilsələrdə bir maneəsi olmaz lakin mene uzaq qohumdu deyem neçə illərdə birdəfə görürəm ya yox. İstəmərəm kiminsə çöpünün haqqı üzərimdə qalsın. Geniş yazdıqım üçün üzr istərəm. ALLAHDAN SİZƏ MÜVƏFFƏQİYYƏTLƏR ARZU EDİRƏM.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Həm oğurluqla, həm də qumarda qazanılmış pullar sizə məxsus olmaz. Odur ki onun istifadəsi üçün sahibinin izni lazımdır. Mümkün olduğu təqdirdə sahibinə qaytarmalı, mümkün olmadığı təqdirdə sahibləri adından sədəqə verməlisiniz.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh