Digər (Şəri suallar) · #22943 · · 2076 baxış
0 şərh

Teyyul-ərz

Sual
Memmedaga Memmedzade ·
Salamun Aleykum. Ariflərin sınanmış zikrləri adlı kitabda xeyli qədər "teyyul ərz" haqda zikrlər oxudum. Öncəliklə bunun nə olduğunu bilmirdim. Bu aralar internet üzərindən məşhur olan elmi adı ilə "astral səyahət" yayğındır və məni maraqlandıran mövzu oldu. Bunu araşdırdım və İslamında bunu qəbul etdiyini aydınlaşdırdım. Türklər buna "təyyi məkan" deyir. Anladığım qədəri ilə bizdə buna təyyul ərz deyirik. Sualım isə belədir. Bunu biz kimi adi bir insan edə bilər? Bu insan ruhundan asılı olan bir şeydir. Bu haqda məlumatlanmaq istəyərdim. Çox yerdə bu haqda var amma maraqlanmıram Çünki hər nəyə güvənmək və inanmaq doğru deyil... Digər sualım isə Üveys Qərəni zikri haqdadır. Flan qədər Salavat flan qədər Lə İləhə İlləllah zikri və s. Qaydası ilə olunan zikrdir. Elm əhlindən olan kəsə sual etdiyimdə mənə belə şeyin olmadığını və uydurma olduğunu dedi. Bir tərəfdən doğru gəldi mənə çünki heçbir qaynaqlı hədisimizdə buna rast gəlməmişəm. Üveys Qərəni Duası bilirəm ama zikri yox. Amma belə baxdıqda orada səhv bir şey yoxdur savabdır. Amma güya bu zikri davamlı olaraq edən insan qısalaşdırıb desəm, bəsirət əhli olur və mənəvi çox şeylər qazandırır. Bunu youtubedə çox insan edib və paylaşıb ki mən etdim, yuxuda vəhy gəldi, yuxuda nəfsimi gördüm və s. Bu doğru deyil çünki insan belə şeyləri danışmamalıdır... Bunu da aydınlaşdırsanız çox sevinərəm. Biraz çox uzun oldu. Haqqınızı halal edin Allah razı olsun.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam. İmam Sadiq(ə) buyurur ki, şiələrimizin ən aşağı dərəcəsi, teyyul-ərzi bacarandır. Bu özü teyyul-ərzin olduğuna dəlildir. Lakin bunu etmək birbaşa alınan məsələ deyildir. İnsanın qəlbinə, nəfsinə hakim olması , işlərində diqqətli olması mütləqdir. Bunun üçün insan özünün gündəlik şəxsi və ictimai işlərində təqvaya, yəni şəriətə əməl etməli, haramlardan çəkinməli, vacibləri yerinə yetirməlidir. Daha sonra insan danışdığı sözdən, yediyi qidaya qədər etdiklərinə diqqət etməlidir. Bir sözlə insan qəlbini ALLAHA yönəltsə, ALLAH da hər bir qapını o mömin üçün açar. Bu haqqda yetəri qədər hədislərimiz də mövcuddur ki, insan ALLAHA lazımi qaydada qulluq eləsə, ALLAH da hər şeyi o möminin qulluğunda durmasını əmr edər. Xülasə, insanın hər bir uğurunun səbəbi, ilahi təqvaya riayət etməkdir. Qeyd edilən zikrə gəlincə, təbii ki zikr hər zaman bəyənilən və insana hər anlamda xeyri dəyən məsələdir. Lakin yuxuda vəhy almaq kimi küfr dolu fikirlərdən möminlər gərək ehtiyat etsinlər.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh