Namaz · #12645 · · 1328 baxış
0 şərh

təyəmmüm Namaz

Sual
Aydan ·
Əssalam Aleykum mən bu gün əsr şam və xüftən namazlarını su olmadıqı üçün teyemmüm edib qıldım torpaqı bir ağacın altından götürdüm amma həmin torpaqın pak olub olmamasını dəqiq bilmirdim amma namazım qəzaya getməsin deyə həmin torpaqla təyəmmüm etdim su gəldiyi zaman həmin o təyəmmüm edib qıldıqım namazların qəzasını qıla bilərəm ?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Aleykum salam Əvvəla nəcis olduğuna dəliliniz olmayan şeylər pakdır. Odur ki o torpaq da pakdır. Təyəmmümlə qılınan namazı isə təkrarən qılmaq vacib deyil. Lakin şam və xiftən namazlarının vaxtı tamam olana qədər su gələcəksə, gərək gözləyəsiz. Yox əgər o vaxta qədər su tapmayacağınıza əmin olub qılmısınızsa namaz düzgündür.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh