Təyəmmüm · #14871 · · 23017 baxış
0 şərh

Teyemmum

Sual
Emin ·
Teyemmum nece alinir etrafli deyesiniz birdeki teyemmum alanda olarmiki zohr esiri biryerde qilim yoxsa zohrun teyemmumu esirin teyemmumu ayri olmalidir?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Təyəmmüm dəstəmazı pozan bir şey baş verənə qədər qüvvədə qalır. Hər namaz üçün ayrıca ehtiyac yoxdur. DƏSTƏMAZ VƏ QÜSL ƏVƏZINƏ TƏYƏMMÜMÜN QAYDASI Məsələ 690: Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey vacibdir: 1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin. 2) Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur ki, əlləri qaşların üstünə çəksin. 3) Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Vacib ehtiyat odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə yetirsin.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh