Təqlid · #21350 · · 23991 baxış
0 şərh

Təqlid

Sual
Faiq ·
Salam. Məsələ 16. Əgər mükəlləfin nəzərində iki və ya daha çox müctəhidin elmdə bərabər olması sübuta yetsə, hər hansı birinə təqlid etməkdə ixtiyar sahibidir. Hətta bəzi məsələlərdə birinə, digər məsələrdə isə başqasına təqlid edə bilər. Lakin həmin məsələdə bir müctəhidə təqlid etdikdən sonra o birinə təqlidi dəyişməsi ehtiyata əsasən, caiz deyil. Yuxarda yazılanlar Rəhbərin nəzəridir. Yuxardakı yazıda, sonda rəhbərin icazə vermədiyi məsəliyə aşağıda adları qeyd olunan müctəhidlərin hansı icazə verir ? Bunlar icazə vermirsə icazə verən müctəhidlərin adını qeyd edin zəhmət olmasa Şeyx Məlarim şirazi Şeyx Cəfəri Sübhani Seyyid Şübeyri Zəncani Şeyx Cavad Amuli Şeyx İshaq Fəyyaz Seyyid Həkim

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
salam bu məsələdə müctəhid fərqi olmaz. çünki bu ümui bir şəri vəzifədir ki şəxs ələm olana təqlid etsin. birinə təqlid edirsə, o şəxs ələmdirsə, hansısa bir qadağasına görə başqa müctəhidə keçə bilməz. yalnızca fətva olmayan yerlərdə keçə bilər ki bu da uduldur. yenə həmin müctəhidin təqlidində qalınır, yalnızca fətva olmayan məsələdə digər müctəhidə tabe olunur.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh