Digər (Şəri suallar) · #13764 · · 568 baxış
2 şərh

SuallarCavablar

Sual
Bilal ·
Salam Aleykum bezi suallarim var ilk önce bunu soruşum burda sual vermişdiler Kitab Möminlerin Zineti haqqinda siz demişdiz bu kitabin Müəliffi əxbaridir yeni hansi mehzebdir bu süni yoxsa şie ya nece ? ve bu kitabda yazilan Hedisler tam sehihdirmi? ikinci sualim. bir insan evlenmek isteyir amma toy yox adi yiğincaq kimi bele etse Allah beyenermi yoxsa nece

Cavab və şərhlər 5

Şərh yazmaq
Cavab
Salam Toy üçün ən önəmlisi kiçik yığıncaqdır ki, dinimiz israfı bəyənmir. O kitabda yazılan hədislərə gəlincə, əqidəvi və şəri məsələlər deyil. Xeyirli məsələlərdir, bu səbəbdən araşdırılması çox da əhəmiyyət kəsb eləmir. Ən azı rəca qəsdilə etdikdə bir şey itirmiş olmarıq, ki qazanmaq ehtimalımız da var.
Eyyub
Essalamu eleyke...Men Sistani aganin muqellidiyem. Bir nece sual vermek isterdim. 1. Eger ickili toyda namaz qilanlar ucun elave otaq ayrilsa hemin toyda istirak etmek olar? 2 . Eger ickili toyda kendin axundu ayri otaqda da olsa istirak etse men ona camaat namazinda iqtida ede bilerem?
Cavab
Salam Eyni məclis sayılarsa iştirak etmək ehtiyata əsasən haramdır.
Eyyub
Bir daha salam... Oyrenmek isterdim bes 2 ci sualimla bagli ne deye bilersiz?
Cavab
Xeyr, iqtida edə bilməzsiniz. Haram məclisdə iştirak edən adamın adilliyi aradan gedər, adil olmayana iqtida etmək haramdır. əgər digər otaq içkili məclisdən tamamilə ayrıdırsa, eyni məclis hesab olunmursa, bu zamam olar.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

2 şərh