Təqlid · #17965 · · 2213 baxış
2 şərh

Vilayəti-fəqih

Sual
Sadiq ·
Salam aleykum qardaşlar. Üzürlü hesab edin sizi narahat edirəm. Biz bilmək istəyirik ki Vəhid Xorasaninin Seyyid Sistaninin və Ayətullah Həkiminin öz dəxtərxanaları ilə necə əlaqə qura bilərik? Yəni Bizə bəzi mövzularda bu adını qeyd etdiyimiz mərceyi təqlidlərin öz dəftərxanalarından sənədli şəkildə suallarımıza cavab lazımdır. Zəhmət olmasa bizi yönləndirərdiz ki biz hansı yollarla bu işi görə bilərik?

Cavab və şərhlər 5

Şərh yazmaq
Cavab
Salam Rəsmi saytlarına müraciət edə bilərsiniz. Lakin bu saytımız da elə həmin ağaların(ALLAH ömürlərinə bərəkət versin) rəylərini dəqiq şəkildə çatdırmaqdadır.
sadiq
Bilirəm əziz qardaş mən sizə güvənirəm. Allah sizlərdən razı olsun Lakin müəyyən qardaşlar var ki onlara deyirik Seyyid Sistani Vəhid Xorasani Seyyid Həkimi və başqa bir neçə ələm müctehidlər Mütləq vilayəti qəbul etmir. Və buyururlar ki hər fəqihin öz vilayəti var. Nəinki vilayəti fəqih birdir və hər kəsdə ona tabedir. Müəyyən qardaşlar var ki bunu qəbul etmirlər. Və məsələni tamam başqa cür bilirlər. Ümumiyyətlə bu məsələ haqqında yəni vilayəti fəqih haqqında bu alimlərimizdən necə bir dəlil göstərə bilərik. Məsələn Bu müctehidlərimiz hansısa kitabından və yaxud dəlil kimi qəbul olunan hansı mənbəni göstərmək olar. ?  Birdə ki Zəhmət olmasa mütləq vilayəti qəbul etməyən alimlərimiz hansılardır onları qeyd etsəz çox gözəl olardı.
Cavab
Heç bir ələm müctəhid bu iddianı qəbul etməyib. Son dövrün ən böyük iki fəqihinin rəyini sizlərə təqdim edirəm: Suаl: Sizin nəzərinizdə “vəlаyətul-fəqih” nə dеməkdir? Cаvаb: Fəqihlərin (Аllаh оnlаrdаn rаzı оlsun) sözlərində “umurul-hisbiyyə” (insan hüquqlarının və cəmiyyətin nizamının qorunması; məsələn, yetimlərə qəyyum təyin etmək, vəqf olunmuş əmlakın idarə olunması, ictimai mənafeyin qorunması və s.) kimi ifаdə оlunаn vilаyət, təqlid şərtlərini özündə cəm еdən hər bir fəqihə аiddir. Müsəlman cəmiyyətinin nizamının asılı olduğu ümumi işlər isə, vilayətin daha geniş mənasını ifadə edir. Qeyd olunan vilayət fəqihlərdən kimin üçün sabit olarsa, onun (vilayətin) tətbiq olunmasının şəraiti üçün də əlavə şərtlər vardır ki, onlardan biri də həmin fəqihin möminlərin nəzərində ümumi şəkildə qəbul olunmasıdır. Seyyid Sistani, sistani.org saytı Bu da fəqihlər atası adlanan Seyyid Xoinin rəyi: Ayatullah Xoyiyə sual: Mutəəxxir (təxminən hicri-qəmərinin 5 və ya 6-cı əsrindən öncə yaşamış) və mütəqəddim (mutəəxxirlərdən sonra yaşamış) mərce olan alimlərimizin Vilayəti Fəqih məsələsində icması mövcüddurmı? Bu məsəlni bizim üçün aydın edin ki, Qaimi Ali Muhəmmədin (əc) qeybəti zamanında Vilayəti Fəqih barədə fətva verən əələm alimlərimizin nəzəri bizim üçün aydın olsun və sizin tərəfdən həqiqəti bilək. Ayatullah Xoyinin cavabı: Qaib bir şəxsin və ya yetimin malını qorumaq kimi işlərdə əgər bu işi öhdəsinə götürən (qaib və yetimin vəlisi və s. kimi) bir şəxs yoxdursa bu çür “Hisbiyyə” işlərində fətva şəraitini özündə cəm edən Fəqihin Vilayəti var. Həmçinin (Fəqihin Vilayəti sabitdir) vəqf olunan mülklərdə əgər vəqf edən şəxs tərəfindən bir qəyyum təyin edilməyibsə. Yenə də Fəqihin Vilayəti sabitdir ixtilafları həll etməkdə (bu işlərdə hakimlik və qazilik etməkdə) və buna oxşar işlərdə. Yalniz sadalanılandan qeyri işlərdə FƏQIHLƏR ARASINDA MƏŞHUR NƏZƏR BUDUR KI, FƏQIHIN VILAYƏTI SABIT DEYIL. Alim Allahdır. Mənbə: Siratun nicat, cild1, səh.10.
kərəm
salam aleykum,Hər vaxtınız xeyir olsun qardaş.artıq dərəcədə xahiş edirik‚bu mövzunu dolğun izah edəsiz.məsələn‚Mən Seyyid Sistani (h.a)-a təqlid edirəmsə,Seyyid Xameneiə rəhbər deməyim vacibdirmi? Və Seyyid Xorasani,Seyyid Xoyi (r.a) və Seyyid Həkim (r.a)-ın Fəqihin vilayətini vacibmi bilirdilər?.Yoxsa,onların nəzdində Hər Mectəhid öz müqəllidinin rəhbəridir?! Artıq dərəcədə xahiş edirəm,kitabın cild və səhifəsi qeyd olunsun.kitabların linkini də qeyd etsəz,minnətdar olarıq ağa.
Cavab
1. Seyyid Sistaniyə təqlid edənlərin şəri məsələlərdə müraciət edəcəyi yer Seyyidin özüdür. Başqa bir kəsin rəhbərliyi yalnızca onun müqəllidləri üçündür. Mənbəyə gəldikdə bu cavabımızda qeyd edilib. Bir daha təkrarən yazırıq: Fəqihlərin (Аllаh оnlаrdаn rаzı оlsun) sözlərində “umurul-hisbiyyə” (insan hüquqlarının və cəmiyyətin nizamının qorunması; məsələn, yetimlərə qəyyum təyin etmək, vəqf olunmuş əmlakın idarə olunması, ictimai mənafeyin qorunması və s.) kimi ifаdə оlunаn vilаyət, təqlid şərtlərini özündə cəm еdən hər bir fəqihə аiddir. Müsəlman cəmiyyətinin nizamının asılı olduğu ümumi işlər isə, vilayətin daha geniş mənasını ifadə edir. Qeyd olunan vilayət fəqihlərdən kimin üçün sabit olarsa, onun (vilayətin) tətbiq olunmasının şəraiti üçün də əlavə şərtlər vardır ki, onlardan biri də həmin fəqihin möminlərin nəzərində ümumi şəkildə qəbul olunmasıdır. Seyyid Sistani, sistani.org saytı Bu da fəqihlər atası adlanan Seyyid Xoinin rəyi: Ayatullah Xoyiyə sual: Mutəəxxir (təxminən hicri-qəmərinin 5 və ya 6-cı əsrindən öncə yaşamış) və mütəqəddim (mutəəxxirlərdən sonra yaşamış) mərce olan alimlərimizin Vilayəti Fəqih məsələsində icması mövcüddurmı? Bu məsəlni bizim üçün aydın edin ki, Qaimi Ali Muhəmmədin (əc) qeybəti zamanında Vilayəti Fəqih barədə fətva verən əələm alimlərimizin nəzəri bizim üçün aydın olsun və sizin tərəfdən həqiqəti bilək. Ayatullah Xoyinin cavabı: Qaib bir şəxsin və ya yetimin malını qorumaq kimi işlərdə əgər bu işi öhdəsinə götürən (qaib və yetimin vəlisi və s. kimi) bir şəxs yoxdursa bu çür “Hisbiyyə” işlərində fətva şəraitini özündə cəm edən Fəqihin Vilayəti var. Həmçinin (Fəqihin Vilayəti sabitdir) vəqf olunan mülklərdə əgər vəqf edən şəxs tərəfindən bir qəyyum təyin edilməyibsə. Yenə də Fəqihin Vilayəti sabitdir ixtilafları həll etməkdə (bu işlərdə hakimlik və qazilik etməkdə) və buna oxşar işlərdə. Yalniz sadalanılandan qeyri işlərdə FƏQIHLƏR ARASINDA MƏŞHUR NƏZƏR BUDUR KI, FƏQIHIN VILAYƏTI SABIT DEYIL. Alim Allahdır. Mənbə: Siratun nicat, cild1, səh.10.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

2 şərh