Namaz · #22666 · · 913 baxış
0 şərh

stulda oturaq halda namaz qılmaq olarmı

Sual
Namiq ·
Salam aleykum mənim sol ayağım gipsdədi mən stulda oturaraq namaz qıla bilərəm və mənim sol ayağım tam hissəsi yox az hissəsi gipsdədi mənə həkim məsləhət gördüki 10 ,15gün ayağımı düz saxlamalıyam birdə mən dəstəmaz alanda sağ ayağıma məsh çəkə bilirəm sol ayağıma yox zəhmət olamasa deyırdizdə mən nə edim?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam.   Ayaq üstə namaz qılmaq mümkün olmadığı halda oturaq halda namaz qılmaq olar. Amma mümkün olduğu halda oturaq qılmaq olmaz. Məsh edilən yer bütövlükdə bağlıdırsa , bu zaman vəzifəniz təyəmmüm etməkdir. Müstəhəbb ehtiyatdır ki, təyəmmümdən sonra dəstəmaz da alasınız, məsh yerinin üzərinə bir parça qoyub, onun üzərindən məsh edəsiniz.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh