Təqlid · #15753 · · 23438 baxış
0 şərh

şəriət

Sual
Elvin ·
Salam aleykum Yeni Namaza başlayan adam Alimə Təqlid üçün alim neçə secməlidir?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Məsələ 3: Müctəhid və ə’ləmi üç yolla tanımaq mümkündür: 1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ə’ləmi ayırd edə bilsin. 2. Müctəhid və ə’ləmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ə’ləm olmağı, insanın inamı və e'timadı olan xübrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər. 3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ə'ləm olmasına xatircəm olsun. Məsələn, müctəhid və ə’ləmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh