Nəcasət · #22793 · · 906 baxış
0 şərh

Şərab

Sual
Ceyhun ·
Salam aleykum. 1) Şərab nəcisdir deyəndə, burda ancaq üzümdən hazırlanan şərabdan söhbət gedir ? Yoxsa bütün dükanda satılan bütün növ məst edici arağlardan söhbət gedir ? Yəni bütün növ məst edici araqlar nəcis sayılır ? Yoxsa yalnız üzümdən hazırlanan araqlar nəcis sayılır ? 2) Üzümdən mürəbbə hazırlamaq üçün üzüm qaynadılsa, o zaman o üzümün həm özü, həmdə suyu nəcis olar ? Yoxsa həmin üzüm və onun suyu pak olar, yalnız yeməyi haram sayılar ? Öncədən təşəkkürlər.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam 1. Seyyid Sistaniyə istinadən, yalnız üzümdən hazırlanan şərablar nəcisdir. Bir də pivə adlanan içki ehtiyata əsasən nəcisdir. Şeyx Vəhid Xorasani ağanın rəyinə əsasən isə, həm üzüm həm xurmadan hazırlanan şərablar nəcisdir. 2. Üzüm, 3də 2si aradan gedməyənə qədər qaynadılarsa, yeyilməsi haramdır, özü isə pakdır. Şərab həddinə yetişsə nəcis olar.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh