Digər (Ümumi suallar) · #17096 · · 12789 baxış
0 şərh

Salam elekum eccil ferecehum ne demekdi? Cox sagolun

Sual
Orxan ·
Salavat

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Ərəb dilində “fərəc” – qurtuluş, xilas, qələbə mənalarını verir. Dini mənbələrdə fərəc deyərkən, Əhli-beytin sonuncusu 12-ci İmam Həzrət Mehdinin (ə) zühuru nəzərdə tutulur. O həzrət zühur edərkən haqq-ədaləti dirçəldəcək, hər kəsin, o cümlədən, Əhli-beytin də qəsb olunmuş hüquqlarını qaytaracaq. Ona görə də 12-ci İmamın zühurunu Əhli-beytin fərəci adlandırırlar, hədis və dua kitablarında da bu mənada işlədilir. Salavat söylədikdən sonra müsəlmanlar Əhli-beytin hüquqlarının bərpasını, qəm və kədərin onlardan uzaq olmasını Allahdan diləyir, bu məqsədlə 12-ci İmamın zühurunun tezləşməsi üçün dua edirlər.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh