Qəza namazı · #15255 · · 488 baxış
0 şərh

Risale

Sual
Abid ·
Xahis edirem bu meseleni mene aydin edesiniz.Burda deyilir ki gerek qeza namazini vaxti olan namazdan evvel qilasiniz.Bes bu sert deyilmi ki namaz gerek azan deyen kimi qilasiniz evvel vaxtinda.Ne etmek lazidi bes bu zaman?Azan cekilen zaman Qezanimi qilaq yoxsa vaxti olan namazimi??? Məsələ 1365: Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib, sonra o günün namazına başlaması daha yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə aid bir namaz və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, o günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır. Məsələ 1366: Əgər namaz qılarkən həmin gündən bir və ya daha çox namazının qəzaya qaldığını və ya keçmiş günlərdən yalnız bir qəza namazının boynunda olduğunu xatırlayarsa, vaxt genişdirsə və niyyətini qəza namazına çevirməsi mümkündürsə, o günün namazının fəzilət vaxtı keçmədiyi təqdirdə, niyyətini qəza namazına çevirməsi daha yaxşıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rük`ətin rükusundan qabaq, həmin günün sübh namazının qəzaya qaldığını xatırlayarsa, zöhr namazının fəzilət vaxtı daralmamışdırsa, niyyəti sübh namazına çevirib o namazı iki rük`ət olaraq tamamlaması və sonra zöhr namazını qılması daha yaxşıdır. Amma əgər fəzilət vaxtı dar olsa və ya niyyətini qəza namazına çevirməsi mümkün olmazsa, məsələn; üçüncü rük`ətin rükusunda sübh namazını qılmadığını xatırlayarsa, niyyətini sübh namazına çevirdiyi təqdirdə, rükn hesab edilən bir rüku artıqlığı meydana gəldiyinə görə, niyyətini sübh namazının qəzasına çevirə bilməz.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Azan verilən zaman müstəhəbbdir ki əvvəlcə azanı olan həmin namaz qılınsın. Lakin namazın əvvəl vaxtı keçdikdən sonra, məsələn günorta saat 3-4 arası zöhr namazı qılmaq istəyən şəxs, əgər sübh namazını qılmayıbsa, müstəhəbbdir ki əvvəl sübh namazının qəzasını, daha sonra isə zöhr namazını qılsın.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh