Oruc · #18879 · · 553 baxış
0 şərh

Ramazan

Sual
Habil. ·
Salam aleykum bildiyimiz kimi ayın 27 sini Ayətullah Sistani ağa Ramazan ayınin 1 kimi qəbul etmədi.Belə olan halda bir qrup şəxs deyirki Sistani ağanən müqəllidləri orucu ayın 28 dən tutmalıdırlar.Amma Sistani ağanən risaləsində bildirilir ki şəriət hakiminin sözü ayın əvvəlini sübut etməz. İnsanın özünün yəqinə çatması gərəklidir.Məndə bu hökmü əsad götürərək ayın 27 sini ramazan ayı niyyəti ilə oruc tutdum indi bilmək istəyirəm ki tutduğum orucun hökmü nədir? Hökmü sizə olduğu kimi yazıram. 1701: Ayın əvvəli dörd şeylə sübut olunur: 1. İnsan özü Ayı görsün. 2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə; 3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir Məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz. 4. Şə`ban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Bu mövzuda şəri hakimin fətvası gərək deyil. Lakin bir məqam vardır ki müqəllidlər bu məqamı atlayırlar. İki nəfərin "ramazandı" deməsilə Ramazan sabit olmaz. Seyyid Sistaniyə görə Ramazanın sabit olması üçün yaşadığınız məntəqədə və ya ona həmüfüq olan məntəqədə ay açıq gözlə görülməlidir. Açıq gözlə bu məntəqələrdə ümumən ay çıxmadığına görə , heç bir halda ayın göründüyünə yəqin ola bilməzsiniz. Odur ki tutduğunuz oruc Ramazandan deyil.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh