Xüms-zəkat · #19137 · · 1145 baxış
0 şərh

Qizilin zəkatı

Sual
Əsmər ·
Salam sualim qizilin zəkatı ilə bağlıdi.Min manatdan yuxari qizilin məsələn üç min manatliq və ondan yuxari qizila neçə manat zəkat düşür və zəkat hər il verilməlidi ya bir dəfə vermək lazimdi və zəkat kimlərə verilməlidir. Əvvəlcədən təşəkkürlər.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam. Zəkat qızıl əşyalara deyil, sikkələrə düşər. Hesab qaydası belədir; Qızılın iki nisabı var: Birinci nisabı 20 şər`i misqaldır ki, hər misqal 18 noxuddur. Qızıl 20 şər`i misqala – normal 15 misqala yetişərsə, deyilən başqa şərtlərə də sahib olarsa, insan onun 1/40-ini ki, 9 noxud edər, zəkat olaraq verməlidir. Əgər bu miqdara yetişməzsə, onun zəkatı vacib deyildir. Qızılın ikinci nisabı, dörd şər`i misqal – normal 5 misqaldır. Yə`ni əgər üç normal misqal, 15 normal misqala əlavə olarsa, bütün 18 misqalın hamısının zəkatı gərək 1/40 qərarı ilə verilsin. Əgər üç misqaldan az artırsa, fəqət on beş misqalın zəkatı verilir, o artığın zəkatı yoxdur. Həmçinin hər nə qədər artarsa, hökm eynidir, yə`ni 3 misqal əlavə olunursa, onların hamısının zəkatı verilir. Əgər az əlavə edilirsə, əlavə edilən miqdarın zəkatı yoxdur.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh