Digər (Ümumi suallar) · #21143 · · 551 baxış
0 şərh

Qeyri muselman haqqinda

Sual
Emil ·
Salam Aleykum Tanidigim biri var xristiandi her gun savab iwler gorurler kasiblara el tuturlar kimsesizleri evlerinw getirib cimizdirirler Allahin her gunu xeyir iwder gorurler yani sozumun qisasi dinimizda bele bir qayda varki Qeyri Musalman lar Cennete girmeyecek.mene de maraqlidi ki bir insan qeyri dine mensub olubsa lakin xow emellerle mewgul olubsa onu yene Cehennem gozleyir ?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Cənnətə girmək üçün sadəcə yaxşı əməllər kifayət etməz. ALLAHIN veridyi ruzi ilə, can ilə bu əməlləri edib, sonra ALLAHDAN əvəz gözləmək nə dərəcədə doğrudur?! Əslində isə yaradılış məqsədlərindən biri kamillikdir. İnsan necə kamilləşə bilir? Təbii ki gözəl əməllər də bir yoldur. Lakin işin əsası etiqaddır. Yəni edilən əməlin hansı niyyət və hansı məqsədlər üçün edilməsidir. ALLAHA, Onun Peyğəmbərinə(s.a.a.s.) və Əhli Beytinə(ə) iman gətirmədikcə , əməllər qeyri ilahi xarakterli olur ki bu da insanın nicatına səbəb ola bilməz. Cənnətə gediş Əhli Beytə(ə) iman gətirməklə mümkündür ki, bu da özündə tövhid və nübuvvəti cəm edir. Təbii ki ömründə bir dəfə də olsa Əhli Beytdən(ə) eşidməyib xəbərdar olmayanlar istisnadır. Onların haqq hesabı da fərqlidir. Xülasəsi, agah olan şəxs üçün, Əhli Beyt(ə) vilayətinə iman gətirmədikcə Cənnətin yolu yoxdur. Daha doğrusunu ALLAH bilir.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh