Yemək-içmək · #15085 · · 23284 baxış
0 şərh

Pulcuqlu balıq

Sual
Famil ·
Salam. Bu səhihdir? Yəni pulcuqsuz balıqların ətini yemək olar? Şəriətə görə sırf suda yaşayan bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır. Uca Allah buyurur: "O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz...". (ən Nəhl, 14). "Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!­" (əl Maidə, 96).

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Pulcuqsuz balıqların yeyilməsi haramdır. Bu barədə Hz. Peyğəmbərdən(s.a.a.s.) qəti dəlil var.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh