Oyunlar · #22668 · · 709 baxış
0 şərh

oyun

Sual
rəşad ·
Asalamu aleykim. nerd oynamaq gunahdir ?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Nərd bütün fəqihləin rəyinə əsasən haramdır. Bu barədə bir neçə hədisi də nəzərinizə çatdırırıq. Əlavə olaraq "Məqalələr" bölməmizdə bu haqqda geniş yazıyla da tanış ola bilərsiniz.: Hədis 1: Əmirul-muminin Əli (ə) buyurur: "Nərd və şahmat, hər ikisi də məysirdir (qumardır)”. Mənbə: "Vəsailuş-şiə, cild 17, səh 324”. Hədis 2: İmam Sadiq (ə) buyurur: "Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) nərd və şahmat oynamağı qadağan etmişdir”. Mənbə: "Vəsailuş-şiə, cild 17, səh 325”. Hədis 3: İmam Baqir (ə) buyurur: "Nərd və iki şah oyunu (şahmat) sahibinin şəhadəti (şahidliyi) qəbul olunmaz”. Mənbə: "Vəsailuş-şiə, cild 27, səh 380”. Hədis 4: Allah Rəsulu (s) buyurur: "Hər kim nərd oynayarsa, Allaha və onun Rəsuluna (s) qarşı günah etmişdir”. Mənbə: "Camiu əhadisuş-şiə, cild 17, səh 213”.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh