Müsafirin hökmləri · #18496 · · 734 baxış
1 şərh

oruc

Sual
Kəmalə ·
Salam. Ramazan ayında 250 km uzaq yol gedirsənsə oruc tutmalısan, yoxsa sonrs qəzasın tumalısan?

Cavab və şərhlər 3

Şərh yazmaq
Cavab
Salam Əgər səfər zöhrdən sonradırsa gərək həmin gün oruc tamamlansın. Zöhrdən əvvəldirsə oruc pozulur. getdiyiniz yerdə məqsədiniz 10 gün və daha çox qalmaqdırsa orada oruc tutmalısınız. Əks halda, 10 gündən az qalacaqsınızsa oruc tuta bilməzsiniz.
Kəmalə
Salam. İkisidə evimdir. Həm rayonda həm də Bakıda yaşayıram. 10 gündən az da qalsam tutmalıyam .
Cavab
Yenə də fərq etmir. Vətəniniz olsa belə, əgər bir vətəndən zöhrdən əvvəl çıxsanız, digərinə zöhrdən əvvəl çatsanız, çatanda niyyət edib oruc tuta bilərsiz. Zöhrdən əvvəl səfərə çıxıb zöhrdən sonra vətənə yetişsəniz oruc tuta bilməzsiniz

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

1 şərh