Digər (Şəri suallar) · #13306 · · 15163 baxış
0 şərh

nezir

Sual
Namin ·
Salam aleykum ağa xaiş edirem nezirnen ehdin menasını acıxlayardız evvelceden teşekkür edirem

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Aleykum salam. Nəzir və əhdin şərən fərqi budur ki, əhdin pozulması nəticəsində ya 60 fəqir doydurulmalıdır, ya da 60 gün ardıcıl oruc tutulmalıdır və ya bir qul azad edilməlidir. Nəzirin pozulduğu halda isə şəxs ya bir qul azad etməlidir, ya 10 şəxsi doydurub və ya geyindirməlidir, ya da 3 gün ardıcıl oruc tutmalıdır. Nəzirdə də əhddə də ALLAH üçün, ALLAHA xatir, əhdə ALLAHLA əhd etdim ki kəlmələr işlənməlidir. Əgər ALLAHIN adına olmasa səhih olmaz. Xülasə, zahirdə fərqləri isə bundadır ki, nəzir edilən şey şəri cəhətdən ya vacib ya müstəhəbb bir işin görülməsinə və ya müstəhəbbliyi təsdiqlənməsə də yaxşı bir işin olmasına , haram və ya bəyənilməyən bir işin tərk edilməsinə olsun. Yəni özlüyündə mübah olan iş nəzir edilməz. Əhddə isə bu şərt yoxdur. Tək şərt budur ki haram bir işin görülmısi nəzərdə tutulmasın.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh