Nəcasət · #23121 · · 582 baxış
0 şərh

Nəcasət

Sual
Orxan ·
Salam əleykum. Mən kürr su olduğunu ehtimal verdiyim su ilə paltarı bu qaydada yudum:Nəcasətin özü getdikdən sonra üzərindən bir dəfə su axıdıb sıxdım. Sonradan anladım ki o su kürr su deyilmiş qəlil imiş, yəni nəcisin özü getdikdən sonra üzərindən bir yox iki dəfə su axıtmalı imişəm. Paltarı qayıdıb təzədən yudum. Amma o vaxta qədər artıq əlimi hər yerə vurmuşdum. Əlimin özü və dəydiyi yerlər nəcis hesab olunurmu? (Təqlid A.Xamenei)

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Həmin ərəfədə əl də yuyulmuş olur. Əgər əldə nəcisin özünün qalmasına yəqin yoxdursa, pak hökmündədir.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh