Namaz · #13566 · · 498 baxış
0 şərh

namazzöhr

Sual
samirə ·
Zöhr əsr namazını dalbadal qılmaq düzdü?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Bəli düzgündür. Bu barədə olan ayə və hədisləri nəzərinizə çatdırırıq: Qurani-Kərim ayələri A) “İsra” surəsi 78-ci ayə : أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُوداً “Namazı (gündəlik vacib namazlarından Zöhr-Əsr və Məğrib-İşa namazlarını) günəşin (günortanın tam yarsından) batmağa doğru meyl etməsinin əvvəlindən, gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin Sübh namazını (da qıl).Həqiqətən Sübh namazı (Gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün ) müşahidə olunur.” Bu ayədə Allah Taala beş namazın qılınması üçün üç vaxt bəyan edib: " دلوك الشمس" - (Günəşin batmağa doğru meyl etməsi) Zöhr və Əsr namazlarına işarədir. " غسق الليل " - (Gecənin qaranlığı) Məğrib və İşa namazlarına işarədir. "وَقُرْآنَ الْفَجْرِ " - sübh namazına işarədir. 2) “Hud” surəsi 114-cü ayə وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفاً مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّـيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ “ Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qil ki, həqiqətən yaxşılıqlar günahları aradan aparır. Bu yada salıb xatırlayanlar üçün öyüddür.” " طرفى النها ر " - (Günün iki tərəfi) Birinci tərəfi sübh namazına, ikinci tərəfi isə Zöhr və Əsr namazlarına işarədir. " ز لفا من الليل " - ( Gecənin gündüzə yaxın əvvəli ) Məğrib və İşa namazlarına işarədir. Gördüyünüz kimi bu ayədə də Allah taala beş namaz üçün üç vaxt bəyan etmişdir. 2- Həzrət Muhəmməd səllallahu əleyhi və alihdən rəvayət olunan səhih hədislər Onu qeyd edək ki, burada gətirəcəyimiz səhih hədislərin hamısa Əhli-sünnə camaatının ən səhih və ən mötəbər kitablarından olacaq. 1-ci hədis Hənbəli məzhəbini yaradan Əhməd ibn Hənbəl “Musnədu əhməd ibn hənbəl” əsərində Cabir ibn Zeyddən belə rəvayət edir. “Cabir ibn Zeyd deyir: Eşitdim ki, İbn Abbas belə deyir:- Peyğəmbərlə (səllallahu əleyhi və alih) birlikdə idim, namazları 8 rəkət (zöhr ilə əsri birləşdirərək) və 7 rəkət (məğrib ilə işanı birləşdirərək) şəklində birləşdirib qıldıq. Cabir deyir: Əbu Şəsaya dedim: Mən belə düşünürəm ki, ola bilsin Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr namazına o qədər gecikib ki, əsr namazının vaxtı çatıb ikisini də birləşdirib qılıb, eləcə də məğrib namazına o qədər gecikib ki, işa namazının vaxtı çatıb məğrib ilə işanı birləşdirib qılıb.” “Musnədu Əhməd ibn Hənbəl”, 1-ci cild, 221-ci səhifə “Abdullah ibn Abbasın musnədi” fəsli. Bu hədisi yanlış yerə yozmaq cəhdi aşkardır. Sizcə elə ola bilərmi ki, Zöhr namazını azanı verilə, Peyğəmbər (səlallahu əleyhi və alih) namaza etinasızlıq edə və o qədər namazı gecikdirə ki, Əsr namazının vaxtı çata!!! Məgər belə düşüncə tərzi Peyğəmbərə (səllallahu əleyhi və alih) böhtan atmaq deyilmi?! Yəni, məgər Peyğəmbər (səllallahu əleyhi və alih) də namaza etınazıs olarmı, namaza yüngül yanaşarmı? Məgər Qurani-Kərim “Maun” surəsində “Vay olsun namaza yüngül yanaşanlara!” demirmi?! Bu hədisdən başa düşülən məna budur ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr ilə əsri, həmçinin məğrib ilə işanı birləşdirib qılmışdır. 2-ci hədis Hənbəli məzhəbini yaradan Əhməd ibn Hənbəl “Musnədu əhməd ibn hənbəl” əsərində Abdullah ibn Şəqiqdən belə rəvayət edir. “İbn Abbas əsr namazından sonra bizim üçün nitq söylədi, onun söhbəti o qədər uzandı ki, günəş batdı və ulduzlar aşkar oldu, camaat səsləndilər ki, bəs namaz? Bəni-təmim qəbiləsindən olan bir nəfər də “namaz” deyə qışqırdı. İbn Abbas qəzəbləndi və dedi: Peyğəmbərin (səllallahu əleyhi və alih) sünnəsini mənə öyrədəcəksən?! Mən öz gözlərimlə görmüşəm ki, Peyğəmbər (səllaAllahu əleyhi və alih) zöhr ilə əsri, məğrib ilə işanı birləşdirb qilib. Abdullah deyir: Mən bu mövzuya şəkk etdim və inana bilmədim, bunu Əbu-hüreyrə ilə görüşəndə ondan soruşdum. O, İbn Abbasın sözünü təsdiq etdi.” Söylədiyimiz hədisdə 2 səhabə bu həqiqətə şəhadət veirilər ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr ilə əsri, məğrib ilə işanı birləşdirib qılıb. Buna görə də İbn Abbas da Peyğəmbərin (s) rəftarına tabe olub. “Musnədu Əhməd ibn Hənbəl”, 1-ci cild, 251-ci səhifə. 3-cü hədis Maliki məzhəbini yaradan Malik ibn Ənəs özünün "Müvəttə” kitabında yazır: صلی رسول الله (صلی الله عليه و سلم) الظهر و العصر جميعا، و المغرب و العشاء جميعا فی غير خوف و لا سفر “Allahın Rəsulu (səllallahu əleyhi və alih) zöhr ilə əsr namazlarını birləşdirib qıldı, eləcə də məğrib ilə işa namazlarını birləşdirob qıldı. Halbuki Peyğəmbər (səllallahu əleyhi və alih) düşmən qorxusu ilə üzləşməmişdi və səfərdə də deyildi.” 4-cü hədis Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Məaz ibn Cəbəldən belə rəvayət edir: فکان رسول الله (صلی الله عليه و آله) يجمع بين الظهر والعصر، والمغرب والعشاء “Allahın Rəsulu (səllallahu əleyhi və alih) zöhr namazı ilə əsr namazını, məğrib namazı ilə işa namazını birləşdirib qılardı.” Bu hədisdə namazları birləşdirib qılmaq Peyğəmbərin (s) sünnəsi kimi göstərilmişdir. 5-ci hədis Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Nafedən, o isə Abdullah ibn Ömərdən belə rəvayət edir: کان رسول الله (صلی الله عليه و آله) اذا عجل به الشير يجمع بين المغرب و العشاء “Allahın Rəsulu (səllallahu əleyhi və alih) səfərə çıxmaq üçün tələsəndə məğrib namazı ilə işa namazını birləşdirib qılardı.” Malik ibn Ənəs “əl-Müvəttə” kitabus-səlat 125-ci səhifə 177-ci hədis Bu hədis açıq şəkildə bunu göstərir ki, Peyğəmbər (səllallahu əleyhi və alih) tələsəndə məğribin vaxtında məğribi və işanı birləşdirib qılarmış. 6-cı hədis Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Əbu Hüreyrədən belə rəvayət edir: ان رسول الله (صلی الله عليه و آله) کان يجمع بين الظهر والعصر فی سفره الی تبوک “Allahın Rəsulu (səllallahu əleyhi və alih) Təbuka səfərə gedəndə zöhr namazı ilə əsr namazını birləşdirib qıldı.” Malik ibn Ənəs “əl-Müvəttə” kitabus-səlat, 124-cü səhifə, 175-ci hədis. Göründüyü kimi bu hədisdə də məlum olur ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr namazı ilə əsr namazını birləşdirib qılıb. Tarix kitablarına əsasən Peyğəmbər (s) Təbuk döyüşünə zöhr namazını qılıb gedib. Deməli Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr azanı verilən kimi zöhr namazı ilə əsr namazını birləşdirib qılıb, sonra səfərə çıxıb. 7-ci hədis Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Nafedən belə rəvayət edir: ان عبدالله بن عمر کان اذا جمع الامراء بين المغرب و العشاء فی المطر جمع معهم “Əmirlər (bəni-üməyyə xəlifələri) yağış yağan vaxt məğrib namazı ilə işa namazını birləşdirib qılanda Abdullah ibn Ömər də onlarla bilikdə namazları birləşdirib qılardı.” Malik ibn Ənəs “əl-Müvəttə” kitabus-səlat, 125-ci səhifə, 179-cu hədis. Bu hədisdən başa düşülən məna budur ki, əmirlər yağış yağdığını görəndə məğribin vaxtında məğribin ardınca işanı da qılarlarmış. 8-ci hədis Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Əli ibn Hüseyndən belə rəvayət edir: کان رسول الله (صلی الله عليه و آله) اذا اراد ان يسير بومه جمع بين الظهر و العصر و اذا اراد ان يسير ليله جمع بين المغرب والعشاء “Allahın Rəsulu (səllallahu əleyhi və alih) gündüz vaxtı səfərə çıxmaq istəyəndə zöhr namazı ilə əsr namazını birləşdirib qılardı. Gecə səfərə çıxmaq istəyəndə isə məğrib namazı ilə işa namazını birləşdirib qılardı.” Malik ibn Ənəs “əl-Müvəttə”, kitabus-səlat, 125-ci səhifə, 181-ci hədis. Bu hədis də açıq-aşkar göstərir ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr namazı vaxtı zöhr ilə əsr namazını birləşdirib qılmış, Məğrib namazı vaxtı isə məğrib namazı ilə işa namazını birləşdirib qılmışdır. 9-cu hədis Məhəmməd Zərqanı “Şərhu Muvəttə” kitabında Əbi Şəsadan belə nəql edir: ان بن عباس صلی بالبصره الظهر والعصر ليس بينهما شیء والمغرب و العشاء ليس بينهما شیء “İbn Abbas Bəsrədə zöhr və əsr namazlarını aralarında fasilə vermədən qıldı, eləcə də məğrib ilə işa namazlarını aralarında fasilə vermədən qıldı.” Malikin “Müvəttə” kitabın Zərqaninin şərhi. 1-ci hissə, “evində və səfərdə namazları birləşdirib qılmaq” fəsli. 294-cü səhifə.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh