Namaz · #21206 · · 881 baxış
0 şərh

Namazın vaxtında qılınmaması və salamlar

Sual
Fərid ·
Salam,mən bir sual vermişdim keçən dəfə,deyəsən cavablandırılmayıb və ya mən tapmadım 1)Namazda salamlar deyirik 3 dəfə,birinci peyğəmbərə sonra bizə və saleh möminlərə bəs üçüncü "Essalemu eleykum ve rehmetullahi ve bereketuh" kimədir? Mələklərə yoxsa? 2)mən in şa Allah 2-ci kurda universitetdə dərsləri ikinci smendə keçəcəm;həmin vaxt əsr namazın üstünə düşür,universitetdə namaz otağıda yoxdu,boş otaqda yoxdu,mən namazları birləşdirmədən qıldığıma görə nə etməliyəm? Bəzi dostlarım deyirki dərs vaxtı və ya tənəffüsdə ürəyimdə,ya da kiçik səs tonuyla rükuya,səcdəyə getmədən deyim. Bəqərə 239-da da Allah "Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!" söyləyir. Təşəkkür edirəm.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam 1. Salamların 3cüsü, möminlərə edilir. 2. Dediyiniz qaydada bir vacib namaz qılmaq qaydası Müqəddəs şəriətimizdə yoxdur. Əgər əsr namazına vaxtınız qalmırsa zöhr namazına vaxt etdiyiniz zaman əsr namazını da qılmalısınız.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh